Icma.az
close
up
RU
Azərbaycanda satılan bəzi yağlar xərçəng və ürək damar xəstəlikləri yaradır

Azərbaycanda satılan bəzi yağlar xərçəng və ürək damar xəstəlikləri yaradır

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanda kərə yağının bahalaşması son vaxtlar ən çox müzakirə olunan mövzulardandır. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması narazılığa səbəb olub.

Bəzi məlumatlara görə, son 5-6 ayda kərə yağının qiymətində təxminən 20 faizdən çox artım müşahidə olunub. Məsələn, ötən ilin sentyabrında 18,49 manata satılan "Belarus" kərə yağının bir kiloqramının qiyməti ilin sonlarında 21,99 manata qalxıb. Hazırda isə bu yağın bir kiloqramı alıcılara 23,95 manata təklif olunur. Daha keyfiyyətli digər yağların qiyməti isə bundan da bahadır.

Bakupost.az -a daxil olan növbəti şikayət də elə kərə yağlarının qiyməti və keyfiyyəti ilə bağlıdır.

Oxucumuz yazır ki, son dövlər kərə yağının qiyməti durmadan artır:

"Hazırda kərə yağının 1 kiloqramının qiyməti 23-37 manat arasında dəyişir. İqtisadçılar qiymət artımını ölkəmizin idxaldan asılı olması, yerli istehsalın azlığı ilə əsaslandırırlar. Ancaq kərə yağlarının qiymətinin baha olmasının səbəbi daha çox ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Supermarketlərdə satılan yağları ölkəyə bir neçə idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur".

Bu yaxınlarda mediada Fransanın "President" kərə yağının qiymətinin Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda daha baha olduğu haqqında xəbərlər yayıldığını xatırladan şikayətçi qeyd edir ki, bunun səbəbi Gürcüstanda 30-dan çox idxalçı şirkətin ölkəyə yağ idxal etməsi və onların arasında rəqabət mühitinin olmasıdır:

"Nəinki Gürcüstan və Ermənistan, bütün keçmiş Sovetlər Birliyi ölkələri idxaldan asılıdır və yerli istehsal çox azdır. Sadəcə, bizdən fərqli olaraq, onlarda rəqabət mühiti var. Hətta iqtisadçıların dediyi kimi, yerli istehsal yetəri qədər olsa belə, əhalinin əksəriyyəti keyfiyyət məsələsinə görə yerli istehsala etibar edib onu almaz. Çünki hər il ölkəyə on minlərlə ton palma yağı idxal olunur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə ölkəyə 65 min ton palma yağı idxal olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 42% çoxdur. Göründüyü kimi, ölkəyə palma yağı idxalı hər il sürətlə artırılır. Belə olan halda kim zəmanət verə bilər ki, əhalinin aldığı yerli istehsal olan yağlara kərə yağı adı altında palma yağı qatılmayacaq? Şəxsən mən heç vaxt yerli istehsal olan kərə yağları almıram".

Şikayətçi qeyd edir ki, "Azərsun" və "Delta Group" bazara guya Yeni Zelandiyadan idxal edib burda qablaşdırdığı yağları təqdim edir:

"Halbuki Yeni Zelandiyada heç kimin o yağlardan xəbəri yoxdur. "Best Cow", "Doyaruşka", "Wellington", "Novaya Zemlya", "No 47" və s. yağları təmiz deyil və mən onları almaram.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) son dövrlər yerli istehsal olan "kərə" yağları ilə bağlı apardığı yoxlamalar mənim və əhalinin əksər hissəsinin haqlı olduğunu göstərdi. Belə ki yerli istehsal olan əksər kərə yağlarının tərkibində bitki yağı olduğu üzə çıxdı. Tam əminliklə deyə bilərəm ki, AQTA-nın adlarını açıqlamadığı digər yerli istehsal olan kərə yağları da o vəziyyətdədir. Üstəlik AQTA-nın apardığı son yoxlamalar üzə çıxardı ki, Əli Cəfərova məxsus həmin saxta kərə yağlarına nəinki kərə yağı adı altında bitki yağı qatılıb, həmçinin tərkibində bütün dünyada qadağan kərə yağına qatılması qadağan olunan Sorbil və Benzol turşuları aşkar olunub. Bu maddələr birbaşa xərçəng xəstəliyinə səbəb olur".

Şikayətçi qeyd edir ki, bir çox supermarketlər və idxalçı şirkətlərin Yeni Zelandiya, Belarus və Ukraynadakı süd zavodlarında sifarişlə istehsal etdirdikləri və müxtəlif adlarla adlandırdıqları yağlar da ayrı bir dərddir:

"Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) təhlükəli və kanseregon hesab etdiyi palma yağlarının da ölkəmizə idxal həcmi hər il sürətlə artırılır. Elə bunun nəticəsidir ki, bu gün ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ürək-damar xəstəliklərinə görə ilk 10-luqda yer alıb. Əvvəllər Belarus və Ukrayna yağları ilə Qərb ölkələrinin istehsalı olan kərə yağları arasında qiymət fərqi var idi. Belarus və Ukrayna kərə yağının qiyməti 10 il öncə 1 kq üçün 13-14 manat, Qərb ölkələrinin istehsalı olan kərə yağlarının qiyməti isə 16 manatdan başlayırdı. Hazırda Belarus və Ukrayna istehsalı olan yağlar da Qərb ölkələri istehsalı olan yağlar kimi 23 manata satılır.

Əvvəllər Bakıda Rusiya, Belarus süd məhsulları mağazaları var idi ki, supermarketlərdə 14 manata olan yağları 12-13 manata satırdılar. Bu mağazalar monopolist idxalçıların yuxusunu əməlli-başlı qaçırtmışdı. Onlar məcbur olub kampaniya keçirib yağın kiloqramını 12-13 manata salırdılar. Ancaq sonradan nə etdilərsə, son dövrlər Bakıda Rusiya və Belarus mağazalarının sayı kəskin şəkildə azaldı. Hazırda sayı azalan Rusiya, Belarus mağazalarındakı qiymətlər elə supermarketlərdəki qiymətlərlə eynidir. Dediyim kimi, kərə yağının qiymətinin ucuzlaşması üçün onları 5-6 yox, qonşu ölkələrdəki kimi, 30-40 idxalçı şirkət gətirməlidir. Belə olan halda həm keyfiyyət yüksələcək, həm rəqabət güclənəcək, həm də qiymətlər aşağı düşəcək. Çox təəssüf ki, 17 illik maneədən sonra ötən il Rəqabət Məcəlləsi qüvvəyə minsə də, 10 aya yaxındır ki, nəinki bu sahədə ümumiyyətlə, heç bir sahədə monopoliya ilə bağlı müsbətə doğru dəyişiklik olmayıb".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri