Qaranlıqda təhlükə saçan sürücü: İşıqforu görməzdən gəlib yolayrıcına girdi VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 13-də saat 21:06 radələrində baş verib. Belə ki, 99-VO-089 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olarkən işıqforun qırmızı işığını nəzərə almayıb və hərəkətinə davam edib. Bu zaman digər nəqliyyat vasitələri üçün qəza riski yaranıb.
Qanunvericiliyə görə, sürücülər yolayrıcına daxil olarkən yalnız işıqfor yaşıl işıq göstərdikdə hərəkət edə bilər. Qırmızı işıq və ya “Stop” nişanı olduqda sürücü mütləq dayanmalı, yolayrıcının təhlükəsizliyini təmin etməli və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır. Bu qaydanı pozmaq həm inzibati məsuliyyət, həm də qəza riskini artırır.
Nərmin
Oxunub 148
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 14 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















