Icma.az
close
up
RU
Azərbaycanda tibbi kadr çatışmazlığı: Məzun sayı ildən ilə azalır

Azərbaycanda tibbi kadr çatışmazlığı: Məzun sayı ildən ilə azalır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu, ölkənin səhiyyə sistemi üçün gələcəkdə ciddi kadr çatışmazlığı riski yarada bilər.

"Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" adlı rəsmi statistik məcmuəyə əsasən, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali məktəbləri bitirənlərin sayı 1 354 nəfər olub. Bu göstərici son beş il ərzində ardıcıl şəkildə aşağı düşüb: 2020 – 1 487 nəfər, 2021 – 1 543 nəfər, 2022 – 1 695 nəfər, 2023 – 1 444 nəfər, 2024 – 1 354 nəfər.

İxtisaslar üzrə təhlil göstərir ki, müalicə işi üzrə hazırlanan mütəxəssislərin sayı 2020-ci ildə 1 013 nəfər olduğu halda, 2024-cü ildə 961 nəfərə enib. Stomatologiya üzrə isə azalma daha kəskin olub. Belə ki, 2020-ci ildə 174 nəfər olan məzun sayı ötən il cəmi 96 nəfər təşkil edib.

Ekspertlər azalma tendensiyasının bir neçə səbəbi ola biləcəyini vurğulayırlar. Bunlardan birincisi kimi tibb təhsilinin uzunmüddətli və çətin olması əsas gətirilir. Bildiyimiz kimi Azərbaycanda həkimlik ixtisası üçün təhsil 6-7 il davam edir, bundan sonra rezidentura mərhələsi gəlir. Bu, gənclərin bir hissəsini digər ixtisaslara yönləndirir. İkinci səbəb kimi yüksək təhsil haqqı və maliyyə yükü göstərilir. Xüsusilə özəl ali məktəblərdə tibb təhsilinin bahalılığı imkansız ailələrdən olan abituriyentlərin seçim imkanlarını məhdudlaşdırır. Üçüncüsü isə miqrasiya tendensiyası kimi qeyd edilir. Xarici ölkələrdə daha yüksək maaş və yaxşı iş şəraiti təklifləri səbəbindən bəzi gənclər təhsili və karyerasını ölkə xaricində qurmağa üstünlük verir. Digər bir səbəb isə iş yükü və maaş disbalansı vurğulanır. Dövlət xəstəxanalarında gənc həkimlərin maaşı və iş şəraiti hər kəs üçün cəlbedici olmur.

Əgər bu azalma tendensiyası davam edərsə, yaxın illərdə ölkənin müxtəlif bölgələrində ixtisaslı həkim çatışmazlığı daha da kəskinləşə bilər. Xüsusilə bölgələrdə stomatoloq, kardioloq, neyrocərrah və digər dar ixtisaslı həkimlərin sayı kritik həddə enə bilər. Bu isə həm dövlət, həm də özəl sektorda səhiyyə xidmətlərinin keyfiyyətinə təsir göstərə bilər.

Leyla Mirzə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see220

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see185

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see151

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri