Azərbaycanda yanvarda maliyyə auditi müqavilələrinin 7 % i könüllü bağlanılıb
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar ayında 88 auditor təşkilatı və 33 sərbəst auditor “Auditorun şəxsi kabineti” sisteminə ümumilikdə 650 auditor xidməti müqaviləsi daxil edib. SİA xəbər verir ki, bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatında bildirilir.
Daxil edilən müqavilələrdən 6-sı “icra olunub”, 122-si üzrə “rəy verilib”, 522 müqavilə isə “icradadır” statusu ilə sistemdə qeydə alınıb.
Məlumata əsasən, ay ərzində sistemə daxil edilmiş 464 MHA (Maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə təsərrüfat subyektlərinin maliyyə (mühasibat) hesabatlarının auditi) müqaviləsindən 430-u məcburi, 34-ü isə könüllü audit subyektlərinə aid olub. Bu da müvafiq olaraq 92,7 % və 7,3 % təşkil edir.
Baxış sayı:87
Bu xəbər 08 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















