Icma.az
close
up
RU
“Bina idarəçiliyi kölgə iqtisadiyyatına çevrilib” Əmlak eksperti

“Bina idarəçiliyi kölgə iqtisadiyyatına çevrilib” Əmlak eksperti

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Çoxmənzilli yaşayış binalarında sakinlər hər ay binanın saxlanılması, təmizliyi, mühafizəsi, liftlərin və digər ümumi sahələrin xidmətləri üçün müəyyən vəsait ödəyirlər. Lakin bu pulların necə toplanması, hansı istiqamətlərə xərclənməsi və kim tərəfindən idarə olunması hər zaman aydın olmur. Bəzi yaşayış komplekslərində sakinlərə maliyyə hesabatlarının təqdim edilməməsi və toplanan vəsaitlərin istifadəsi ilə bağlı şəffaflığın olmaması ciddi narahatlıq yaradır. Bəs çoxmənzilli binaların idarə edilməsində maliyyə nəzarəti necə həyata keçirilməli və sakinlərin ödədiyi vəsaitlərin mənimsənilməsinin qarşısı necə alınmalıdır?

Yaşayış komplekslərini idarə edən rəhbər şəxslərin maliyyə hesabatı təqdim etməsi və fəaliyyətlərinə dövlət nəzarətinin gücləndirilməsi üçün hansı mexanizmlər tətbiq olunmalıdır? Bu sahədə məsuliyyət necə müəyyənləşdirilməlidir?

Əmlak eksperti Elnur Azadov Banco.az-a bildirir ki, ölkədə 2700-ə yaxın çoxmənzilli bina var. Bu binaların bəzilərində qanunvericiliyin tələblərinə uyğun olaraq müştərək cəmiyyətlər yaradılıb.

“Yəni tikinti şirkəti öz funksiyasını başa vurduqdan sonra binanın idarəetməsi qanunvericiliyə uyğun şəkildə yaradılmış müştərək cəmiyyətə həvalə olunur. Lakin bu cəmiyyətlərin rəhbərliyində dayanan şəxslər də müxtəlif dolayı yollarla yaşayış kompleksindən qazanc əldə edirlər. Belə şəxslər idarəetməni formal olaraq qanuniləşdirirlər ki, kənardan hər hansı müdaxilə olduğu halda özlərinin kompleksdə qanuni təmsilçi olduqlarını və idarəetmənin hüquqi əsaslarla həyata keçirildiyini sübut edə bilsinlər.

Lakin ölkəmizdə yaşayış komplekslərinin idarə edilməsində, demək olar ki, bütün formalarda qanun pozuntularına rast gəlinir. İstər müştərək cəmiyyətin sədri, istər komendant, istərsə də idarəedici təşkilat olsun, bu sahədə özbaşınalıq halları hökm sürür. Əsas məqsəd sakinlərdən toplanan vəsaitin müxtəlif yollarla mənimsənilməsi və rəsmi maliyyə hesabatlarının təqdim edilməməsidir. Bəzi hallarda hesabatlar təqdim olunsa da, onların müstəqil və əhatəli auditi aparılmır. Çünki qanunvericilikdə bu fəaliyyətə nəzarət və yoxlama mexanizmləri lazımi səviyyədə müəyyən edilməyib. Nəticədə yaşayış komplekslərinin idarə edilməsi kölgədə qalan bir sahəyə çevrilib. Bu sektorda dövlət nəzarəti yetərli deyil və özbaşınalıq halları geniş yayılıb”.

O deyir ki, bundan başqa, yaşayış komplekslərində müxtəlif qanunsuz yığımlara da rast gəlinir: “Məsələn, balkonun bağlanması üçün sakinlərdən əlavə vəsait, hətta rüşvət tələb olunur. Qaraj seçimi və ya icarəyə götürülməsi zamanı da ödənişlər istənilir. Bu problem demək olar ki, bir çox yaşayış kompleksində mövcuddur. Eyni zamanda, sakinlərə ehtiyac olmadığı halda müxtəlif xidmətlər təklif edilir və ya məcburi şəkildə təqdim olunur. Bu xidmətlərə görə müəyyən edilən tariflərin hansı əsaslarla formalaşdığı, kim tərəfindən və hansı razılıq əsasında təsdiqləndiyi isə sakinlərə açıqlanmır.

Digər problem idarə heyətinin formalaşdırılması ilə bağlıdır. Bəzi hallarda rəhbər şəxslər özlərinə yaxın olan insanları idarə heyətinə daxil edir və həmin şəxslər sakinlərin adından çıxış edirlər. Halbuki idarəetmə qanuni əsaslarla təşkil olunduğu halda belə, sakinlərin maraqlarının təmsil olunması təmin edilməlidir.

Bununla yanaşı, internet provayderlərindən və digər telekommunikasiya şirkətlərindən də müxtəlif formada ödənişlər tələb olunur. Bəzi yaşayış komplekslərində alternativ internet provayderlərinin fəaliyyətinə maneələr yaradılır, yalnız müəyyən şirkətlərin xidmət göstərməsinə şərait yaradılır. Hətta idarəetmədə olan şəxslərin telekommunikasiya şirkətləri ilə birgə müəssisələr yaradaraq öz xidmətlərini sakinlərə məcburi şəkildə təqdim etməsi hallarına da rast gəlinir”.

Bütün bunlarla yanaşı, yaşayış komplekslərində zərurəti və real həcmi bəlli olmayan əlavə xidmətlər və iş yerləri yaradılır, onların xərcləri isə sakinlərin ödədiyi vəsait hesabına qarşılanır. Müxtəlif vaxtlarda cari təmir adı altında işlər görülür və ya bu məqsədlə əlavə vəsait toplanır. Lakin həmin işlərin həqiqətən həyata keçirilib-keçirilmədiyi, xərclərin hansı əsaslarla hesablandığı və vəsaitin hara yönəldildiyi barədə sakinlərə dolğun məlumat verilmir. Nəticədə xidmətlərin lazımi səviyyədə göstərilməməsinə baxmayaraq, sakinlərdən toplanan böyük məbləğdə vəsaitlər müxtəlif yollarla mənimsənilir”.

Ekspert bildirir ki, hazırda ölkədə mövcud vəziyyətin monitorinqinin aparılması vacibdir: “Bunun üçün bir neçə aidiyyəti dövlət qurumunun iştirakı ilə xüsusi komissiyalar yaradılmalı və həmin komissiyalar çoxmənzilli binalarda idarəetmənin mövcud vəziyyətini yoxlamalıdırlar.

Söhbət yalnız audit yoxlamalarının aparılmasından getmir. Eyni zamanda sakinlərlə görüşlər keçirilməli, onların problemləri və şikayətləri öyrənilməlidir. İdarəetmənin necə təşkil olunduğu, sakinlərə qarşı nə dərəcədə ədalətli yanaşıldığı, onlardan toplanan vəsaitlərin hansı məqsədlərə xərcləndiyi və bu barədə hansı rəsmi maliyyə hesabatlarının təqdim edildiyi araşdırılmalıdır.

İkinci mərhələdə isə bu sahədə dövlət mexanizminin tətbiqi məsələsinə baxılmalıdır. Əsas məqsəd bürokratik maneələri minimuma endirmək və sakinlərin yaşadıqları binaların idarə edilməsində birbaşa iştirakını təmin etmək olmalıdır. Vətəndaşlar idarəetməni şəffaf və ədalətli şəkildə öz üzərlərinə götürə bilməlidirlər.

Əks halda, mövcud problemlər davam edəcək və müəyyən maraqlı şəxslər müxtəlif dolayı sənədlərdən istifadə etməklə idarəetməni yenidən ələ keçirəcəklər. Sakinlərin adından komissiyaların və ya idarə heyətlərinin yaradılması, sənədlərin imzalanması kimi hallardan istifadə olunaraq vətəndaşların iradəsi olmadan qərarlar qəbul edilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri