Icma.az
close
up
RU
Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH

Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin “Bakı Enerji Forumu”ndakı çıxışı Azərbaycanın son 30 ildə formalaşdırdığı enerji siyasətinin nəticələrini, mövcud nailiyyətlərini və gələcək strateji istiqamətlərini bir daha nümayiş etdirdi. Çıxışda vurğulanan əsas məqamlar göstərir ki, Azərbaycanın enerji strategiyası yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də ölkənin geosiyasi mövqeyini gücləndirən və beynəlxalq nüfuzunu artıran mühüm dövlət siyasəti alətinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elnur İsmayıl deyib

O bildirib ki, bu uğurların təməli Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulub. Məhz həmin dövrdə həyata keçirilən uzaqgörən enerji strategiyası, xarici investorlar üçün əlverişli mühitin yaradılması və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq ölkənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirib. “Əsrin müqaviləsi” ilə başlanan proses sonrakı illərdə Azərbaycanın dünya enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev bu strategiyanı dövrün çağırışları ilə məharətlə uzlaşdıraraq yeni uğurlara imza atıb. Son 30 il ərzində Azərbaycan enerji resurslarını iqtisadi modernləşmənin və dövlət quruculuğunun əsas dayaqlarından birinə çevirməyə nail olub. Belə ki, əgər 1990-cı illərdə ölkə xarici sərmayəyə ehtiyac duyan bir dövlət idisə, bu gün Azərbaycan beynəlxalq layihələrə investisiya yatıran, regional və qlobal təşəbbüslərdə iştirak edən investor ölkə statusu qazanıb. Güclü iqtisadiyyatın formalaşması, strateji valyuta ehtiyatlarının artması və infrastruktur layihələrinin həyata keçirilməsi enerji siyasətinin uğurlu nəticələri kimi qiymətləndirilə bilər.

“Prezident İlham Əliyev çıxışında Azərbaycanın zəngin enerji potensialına da xüsusi diqqət çəkib. Doğrudan da neft və qaz ehtiyatları ölkənin enerji sektorunun əsasını təşkil etsə də, son illərdə bərpaolunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Günəş və külək enerjisi sahəsində həyata keçirilən iri layihələr Azərbaycanın enerji balansının şaxələndirilməsinə, karbon emissiyalarının azaldılmasına və enerji təhlükəsizliyinin daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir. Yaşıl enerji sektoruna xarici investisiyaların cəlb olunması ölkənin enerji keçidi prosesində fəal iştirak etdiyini göstərir.

Bununla yanaşı, Azərbaycanın ənənəvi enerji resursları əsasında həyata keçirdiyi layihələr də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu xüsusda Cənub Qaz Dəhlizinin əsas komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji mənbələrinin şaxələndirilməsində əhəmiyyət daşıyır. Bu layihələr təkcə Azərbaycanın ixrac imkanlarını genişləndirməyib, eyni zamanda ölkəni Avrasiyanın strateji enerji qovşaqlarından birinə çevirib. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində inkişaf etdirilən nəqliyyat və tranzit marşrutları Azərbaycanın regional logistika və enerji əlaqələndirilməsi sahəsində əhəmiyyətini artırıb”, - deyə Elnur İsmayıl əlavə edib.

Mütəxəssis qeyd edib ki, bütün bu nailiyyətlərin arxasında dayanan əsas amil Azərbaycanın həyata keçirdiyi uğurlu enerji diplomatiyasıdır. Enerji layihələrinin reallaşdırılması müxtəlif dövlətlər, beynəlxalq maliyyə institutları və transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulmasını tələb edib. Azərbaycan bu sahədə balanslaşdırılmış xarici siyasət yürüdərək həm region ölkələri, həm də Avropa və digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdırıb.

“Nəticə etibarilə, Prezident İlham Əliyevin “Bakı Enerji Forumu”nda səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız təbii ehtiyatların ixracına əsaslanan model deyil. Bu siyasət iqtisadi inkişafı, enerji təhlükəsizliyini, beynəlxalq əməkdaşlığı, yaşıl enerji keçidini və geosiyasi təsirin artırılmasını özündə birləşdirən kompleks strateji yanaşmadır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qaldırılan enerji strategiyası Azərbaycanın regional lider və etibarlı beynəlxalq tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməkdədir”, - deyə o fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri