Icma.az
close
up
RU
Azərbaycanın hüquq keşikçiləri: Baş prokuror postunu kimlər tutub? FOTO

Azərbaycanın hüquq keşikçiləri: Baş prokuror postunu kimlər tutub? FOTO

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Baş prokurorları ölkənin hüquqi sisteminin inkişafında və ədalətin təmin olunmasında mühüm rol oynayıb. Hər dövrün özünəməxsus hüquqi tələbləri və şərtləri olsa da, Baş prokurorlar ölkənin hüquq mühafizə orqanlarının işini səmərəli şəkildə təşkil edərək, hüququn aliliyini və cəmiyyətin əmin-amanlığını təmin etməyə çalışıblar. Bu şəxslərin fəaliyyəti, Azərbaycan dövlətinin hüquqi müstəqilliyinin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir.


Sfera.az Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə Baş prokuror vəzifəsini icra edən şəxsləri təqdim edir:


 Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918, 22 dekabr 1919 – 1 aprel 1920)


Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimidir. O iki dəfə  Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri (həm də Baş prokuroru sayılırdı) və daxili işlər naziri olaraq çalışıb.


Fətəli xan Xoyski (17 iyun 1918 – 7 dekabr 1918)


F.X. Xoyski Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918) və Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918) olaraq fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilib. Bundan başqa AXC-nin ədliyyə naziri (həm də Baş prokuroru) (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışıb.


Teymur bəy Makinski (26 dekabr 1918 – 14 mart 1919)


O, Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim və Azərbaycan Milli Şurasının üzvü olub. Teymur bəy Makinski Milli Şuranın "Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib.
Makinskilər ailəsinin üzvü olan Teymur bəy Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri (həm də Baş prokuroru) olub.


Aslan bəy Səfikürdski (14 mart 1919 – 22 dekabr 1919)


Aslan bəy Səfikürdski Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabinetinin (26 dekabr 1918 – 14 mart 1919) poçt-teleqraf və əmək naziri olub. O, dördüncü hökumət kabinetinin ədliyyə naziri (həm də Baş prokuroru),  əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919), Xalqçı Partiyasının yaradıcısı, ilk və son sədri olaraq fəaliyyət göstərib.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1991-ci ilin 18 oktyabrında ölkənin hüquq sistemində və idarəçiliyində bir sıra dəyişikliklər baş verdi. Baş prokuror vəzifəsi xüsusi önəm qazandı.

1991-ci ildən bu günə qədər Azərbaycanda Baş prokuror olmuş şəxslər aşağıdakılardır:

1. İsmət Qayıbov (1991-1994)  


1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İsmət Qayıbov Baş prokuror vəzifəsinə təyin olunub. O, ölkənin müstəqilliyinin bərpası dövründə hüquq sistemində islahatların həyata keçirilməsində aktiv iştirak edib.İsmayıl Qayıbov III dərəcəli dövlət ədliyyə müşaviri olaraq da fəaliyyət göstərib. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu "Mi-8" helikopterinin erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

İxtiyar Şirinov (14 oktyabr 1992 – 30 iyun 1993)


İxtiyar Şirinov Azərbaycan hüquq mühafizə orqanlarının inkişafı istiqamətində bir sıra mühüm addımlar atıb. Azərbaycan Respublikasının Baş prokuroru (1992–1993) və Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri olub. (1992–1993)

Əli Ömərov (3 iyul 1993 – 8 oktyabr 1994)


Əli Ömərov  Azərbaycan Respublikasının Baş prokuroru, həqiqi dövlət ədliyyə müşaviri və Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biridir. 


Eldar Həsənov (22 mart 1995 – 21 aprel 2000)


Eldar Həsənov Azərbaycanın sabiq Baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru və II dərəcəli dövlət ədliyyə müşaviri olub.


Zakir Qaralov (25 aprel 2000 – 1 may 2020)


2000-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov olub. O  həm də I dərəcəli dövlət ədliyyə müşaviri olub.

Kamran Əliyev (2020-indiyə kimi)  

2020-ci ilin dekabr ayında Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunub. O prokurorluq orqanlarında islahatlar həyata keçirməyə və ölkədə hüquqi dövlət quruculuğunda fəal iştirak etməyə başlayıb. K.Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti və I dərəcəli dövlət ədliyyə müşaviridir.


Ülkər Abdurahmanlı
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri