Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycanın ipək ixracı kəskin azalıb: Mütəxəssislər SƏBƏBLƏRİ izah edirlər

Azərbaycanın ipək ixracı kəskin azalıb: Mütəxəssislər SƏBƏBLƏRİ izah edirlər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaxtilə şöhrəti dillər əzbəri olan Azərbaycan ipəyi bu gün çətin durumdadır. Açıqlanan statistik rəqəmlər də bu qənaətə gəlməyə əsas verir. Təsadüfi deyil ki, başa çatmaqda olan ildə "Azəripək" də ixrac gəlirlərini üç dəfə azaldıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında qeyd edilib ki, bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azəripək" MMC 588 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır. Maraqlıdır, ixracın kəskin azalmasının səbəbi nədir? İpəkçiliyin inkişafının qarşısında hansı problemlər dayanır?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Toxum və qurd problemi

"Azəripək" MMC direktorunun müşaviri Teymur Musayev "Kaspi"yə açıqlamasında bildirib ki, hazırda qarşılarında dayanan əsas məsələ toxum və qurd problemidir: "Hər il noyabrın əvvəlində gələn il üçün nə qədər toxum gələcəyi və neçə qutu qurd paylanılacağı məlum olurdu. Amma bu il heç bir məlumat yoxdur. Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiqlənib. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin altı min tona çatdırılması nəzərdə tutulub. Lakin hazırda bu sahədə vəziyyət yaxşı deyil, hətta acınacaqlıdır".

220 nəfər işçi məcburi məzuniyyətə göndərilib

Mütəxəssis deyir ki, 2015-ci ildə respublikada 236 kq barama istehsal olunduğu halda, Prezidentin göstərişindən sonra 2016-ci ildə 71,7 ton barama istehsal olundu. 2019-cu ildə 641 ton yaş barama istehsal olunub. 2024-cü ildə isə bu rəqəm 174 tondur. Rəqəmlər bu sahədə olan hazırkı durumu aydın şəkildə göstərir.

Mütəxəssisin sözlərinə görə, ötən il yaş baramanı tək "Azəripək" yox, özbək şirkətləri də alıblar və özləri də emal ediblər: "Bərdənin ətrafındakı barama istehsal edən rayonlardan yaş baramanı özbəklər alıb. Ən gözəl barama istehsal edən rayonlar - Ağcabədi, Goranboy, Ağdaş, Yevlax, Tərtər, Bərdə, Ağdam yaş baramanı özbəklərə satıb. Onlar da bunu xaricə ixrac edirlər. Halbuki qonşu ölkələrin heç birində baramanın xammal kimi xarici ölkəyə satışına dövlət səviyyəsində icazə verilmir. O barama ötən il bizə verilsə idi, işləyərdik. Hazırda müəssisədə 220 nəfər işçini məcburiyyət qarşısında məzuniyyətə göndərmişik. Çünki iş yoxdur".

Qurdu saxlamaq ayrıca sənətdir

İsmayıllıdan olan ipəkçilik üzrə mütəxəssis Qoşqar Fətəliyev də bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi. Onun səbəbləri isə fərqlidir. Mütəxəssis bu sahədə peşəkarların olmamasından şikayətlənir: "Biz həm toxuya bilirik, həm də kəlağayı istehsal edirik. Bunun üçün ipi Şəkidən alırıq. Əslində, İsmayıllıda kənd camaatı baramanı böyüdür, hazırlayır və kilo ilə Şəkiyə satır. Şəki onu bizdən alır və ip şəklində bizə verir. Hər baramada bir tel olur. 10 tel birləşir və kəlağayıda istifadə olunan 310 markalı ən məşhur sapı əmələ gətirir. Biz Şəkidən 310 markanı alırıq, burada emal edirik, ipək parçanı toxuyur, istehsal edirik. Lakin hazırda ən böyük problemlərdən biri tut ağaclarının yetərincə olmamasıdır. Ona erkək tut ağacı deyilir. Hansı ki, bar vermir, qurd onun yarpaqlarını yeyir və inkişaf edir. Son dövrlərdə qurdun növündə də problem var. Sovet hökuməti dövründə qurdlar 40 günlük idi, indi isə 28 günlükdür. Bu qurdların saxlanılması üçün mütəxəssis yoxdur. Mütəxəssis hazırlamaq üçün mütləq şəkildə təlimlər keçirilməli, maarifləndirmə aparılmalıdır. Qurdu saxlamaq ayrıca bir sənətdir. Bunu edə bilən kənd əhalisi isə yox dərəcəsindədir".

Ən böyük səbəb kəndlinin şəhərə köçməsidir

Həmsöhbətimiz vurğulayır ki, problemin kökündə urbanizasiya da dayanır: "Mütəxəssis çatışmazlığının ən böyük səbəbi kəndlinin şəhərə köçməsidir. Qurd vaxtı kənddə işçi tapmaq olmur. Bu, 3-5 adamın işi deyil. O vaxt nənələrimiz bu işlə məşğul idi. Məsələn, nənəmin beş oğlu olub, hər uşaq bir yarpaq gətirəndə iş düzəlirdi. Burada təkcə maddi tərəf yox, mənəvi tərəf, zəhmət də rol oynayır. 40 gün o qurd böyüyənə qədər ailənin bütün fərdləri əziyyətini çəkiblər. Amma bu gün bunu hansı uşağa deyə bilərsən? İşlətməyə adam yoxdur. Maaşlı işçiyə müraciət etdikdə də, gəlir xərclərini ödəmir. Buna görə də ipəkçilik təhlükədədir. Bu sahəyə maraq artırılmalı, dövlət nəzarəti gücləndirilməli və maarifləndirmə tədbirləri aparılmalıdır".

Ciddi məbləğdə valyuta gətirə bilər

İqtisadçı-ekspert Pərviz Heydərov da deyir ki, Azərbaycanda ipəkçiliyin inkişafı istənilən səviyyədə deyil və problemlər mövcuddur: "Qeyri-neft sektoru üzrə ixrac potensialımızda ipəyin çox mühüm yeri var. Biz ipəyi ixrac etmək imkanındayıq. Amma real olaraq üç ölkəyə - İrana, Hindistana, Türkiyəyə göndərə bilirik. Bu sahədə Azərbaycanın qədimdən böyük təcrübəsi var. Son illər ərzində də bu sahəyə müvafiq vəsait qoyuluşu onu dirçəltmişdi. Lakin görünən budur ki, bərpa prosesi lazımi səviyyədə getməyib".

İqtisadçı bildirir ki, ixracın bir il ərzində bu səviyyədə azalması bilavasitə daxili səbəblərdən qaynaqlanır: "İpək dünya bazarında tələb olunan məhsul növlərindən biridir. Bu sahədəki kəskin azalma xarici bazarlarla izah edilə bilməz. Səbəb kənar amillər deyil, sırf daxili səbəblərdir. Fərdi təsərrüfatlarda bu işə maraq artırılsa, emal prosesi ilə xammalın əldə olunması arasında zəncirvari əlaqə təmin olunsa, ixrac stimullaşdırılsa, ipək ölkəyə ciddi məbləğdə valyuta gətirə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri