Icma.az
close
up
RU
Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb Bəs yerli bazarda vəziyyət necədir?

Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb Bəs yerli bazarda vəziyyət necədir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin ilk yarısında Azərbaycanın kartof ixracı kəskin şəkildə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyun ayları ərzində ölkədən 69 min tondan çox kartof ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım deməkdir. Dəyər baxımından isə ixrac yeddi milyon dollar artaraq 27.4 milyon ABŞ dollarına çatıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Həm ixrac, həm də idxal davam edir

Statistik məlumatlara nəzər salarkən, əslində hər şey qaydasında kimi görünür. Həm məhsul bol olub, həm də ölkəyə əlavə valyuta daxil olub. Amma ixracla yanaşı, bu məhsulun idxalı da davam edib. Bəs ümumilikdə kartof bazarında vəziyyət necədir?

2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 748.6 hektar təşkil edib. Bu göstərici 2023-cü ildə 49 460.5, 2022-ci ildə isə 54 min 775.7 hektar olub. Ötən il ölkədə ümumilikdə 927 381.7 ton kartof istehsal edilib. Onun da 48.3 min tonu xaricə ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana xarici ölkələrdən 42 651.4 ABŞ dolları dəyərində 149 206.0 ton kartof idxal edilib. Bu da kartofun orta gömrük dəyərinin təxminən 285.85 ABŞ dolları/ton (0.29 ABŞ dolları/kq - 0.49 manat) olması deməkdir. Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ən çox kartof İrandan (66 min ton), Gürcüstandan (24 min ton) və Türkiyədən (10 min ton) idxal olunub.

Xatırladaq ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton göstərilir.

Xərclərin artması maya dəyərini ciddi şəkildə artırır

Cəlilabad rayonunda kartof əkini ilə məşğul olan təcrübəli fermer Elman Mansurov bildirir ki, bu il məhsuldarlıq pis olmasa da, xərclərin artması qazancı ciddi şəkildə azaldıb: "Məhsuldarlıq əsasən toxumun keyfiyyətindən asılıdır. Məsələn, bəzi toxumlar hektara 20-25 ton məhsul verir, amma "Arizona" sortu ilə 35-40 tona qədər məhsul toplamaq olur. Lakin məsələ burasındadır ki, bu məhsulu əldə etmək üçün çəkilən xərclər illər öncəsi ilə müqayisədə dəfələrlə artıb".

Fermerin sözlərinə görə, torpaq icarəsindən tutmuş, gübrəyə, işçi qüvvəsinə, qablaşdırmaya və nəqliyyata qədər bütün xərclər iki-üç qat bahalaşıb: "Torpaq icarəsi əvvəllər 500-600 manat idi, indi 1 000-1 200 manata qalxıb. El arasında "qırmızı gübrə" deyilən "Nitroammofoska" gübrəsi əvvəllər 11 manat 50 qəpiyə satılırdısa, bu il biz onu 40 manata aldıq. Azot gübrəsi 30 manata başa gəldi. İşçi qüvvəsi də bahalaşıb. Vaxtilə sahədə qadınlar gündəlik 15 manata işləyirdilərsə, bu il 25-30 manat istəyirlər". Fermerin dediyinə görə, bu xərclərə kartof yığımı zamanı istifadə olunan materiallar da əlavə olunur: "Məsələn, kağız kisələr və yapışqan lentlərin qiyməti də kəskin bahalaşıb. Keçən il kağız kisənin bir ədədini 55-60 qəpiyə alırdıqsa, bu il 75-80 qəpik oldu. Yapışqan lentin qutusunu əvvəl 90-100 manata alırdıq, bu il 120-130 manata aldıq. Suvarma aparan fəhlə bir günü 20 manata işləyirdi, indi 35-40 manat istəyir və s. Bu isə məhsulun maya dəyərini ciddi şəkildə artırır".

Xarici bazarlar əsas ümid yeridir

Fermerlər üçün əsas ümid ixrac bazarları olsa da, burada da vəziyyət ürəkaçan deyil. Həmsöhbətimiz deyir ki, nəqliyyat xərcləri və gömrük rüsumları artıb. Amma yenə də Azərbaycan kartof istehsalçıları üçün xarici bazarlar yeganə ümid yeridir: "Əgər Rusiya, Ukrayna, Gürcüstan bazarları olmasa, biz batarıq. Keçən il daha çox məhsul ixrac edə bilmişdik. Bu il nəqliyyat və logistika xərclərinin artması bizi geriyə saldı. Bəzən Rusiya ilə problem yaşanır, məhsulu göndərə bilmirik. Onda məcbur yerli bazarda satırıq. Amma qiymət dərhal düşür. Məsələn, bu yaxınlarda Rusiya ilə problem olanda kartofun topdansatış qiyməti yerli bazarda 35-40 qəpiyə qədər enmişdi".

Elman Mansurov vurğulayır ki, artan xərclər məhsulun qiymətinə əlavə olunsa da, bazar qiymətləri bu dəyişiklikləri əks etdirmir. Fermerlər zərərə işləmək məcburiyyətində qalırlar: "Aprelin sonu, mayın əvvəllərində kartofun topdansatış qiyməti 1 manat 20 qəpiyə çatmışdı. Sonra 80 qəpiyə, daha sonra isə açıq sahələrdə yığım başlayanda 60 qəpiyə qədər ucuzlaşdı. Hər tonun xərci 12-13 min manata başa gəlir. 60 qəpiklə satanda hektardan ancaq 2-3 min manat qazanc qalır".

İstehsalda qeyri-bərabər paylanma

İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, kartof bazarındakı dalğalanmalar dərin struktur problemlərinin nəticəsidir: "İstehsal təqvimə görə qeyri-bərabər paylanıb. Yaz və payızda bolluq olur, məhsul bir anda bazara çıxır. Çünki saxlama infrastrukturu zəifdir. Hazırkı dövrdə 60-70 faiz bazar payı yerli kartofa məxsusdur. Bu tendensiya payıza doğru da dəstəklənəcək. Amma qışa doğru yerli məhsulun bazar payı əhəmiyyətli dərəcədə azalır və bazarın 70 faizini idxal kartofu tutur". O, bölgələrdə soyuducu anbarların tikilməsini və dövlət dəstəyinin artırılmasını təklif edir.

"Əvvəl ixrac, sonra daxili bazar"

Kənd təsərrüfatı mütəxəssisi Mircavid Həsənov isə bildirir ki, Azərbaycanın kartofu, xüsusilə Rusiyada brend məhsul kimi tanınır və orada baha satılır: "Bizdə istehsal kifayət qədərdir. Amma məhsul ilk olaraq ixrac olunur. Bu isə o deməkdir ki, daxili bazar ikinci plana keçir. Halbuki, istehsal həcmi elə səviyyədədir ki, əgər ixrac olmasa, ölkə əhalisinin tələbatını tam ödəmək olar. Problem ondadır ki, tələbat var, həcm də var, amma mal xaricə getdiyinə görə yerli bazar boş qalır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see313

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see217

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see179

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see140

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see133

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see133

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see131

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see130

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see129

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

15 Avqust 2025 21:12see127

30 ildir dondurulmuş

15 Avqust 2025 15:21see125

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

15 Avqust 2025 21:27see125

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see124

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see123

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see123

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see122

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see121

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see119

İki strateji B 2 bombardmançı təyyarəsi Alyaskaya göndərildi KONKRET

15 Avqust 2025 21:59see118

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri