Azərbaycanın şahmat millisi dünya çempionatına vəsiqə üçün Özbəkistanla qarşılaşacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Şahmat Federaisyasından AZƏRTAC-a verilən məlumata görə, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.
Dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq.
Turnirə seçmə xarakter daşıyan qarşılaşma 1-2 noyabr tarixlərində Bakıdakı təşkil olunacaq.
İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.
Azərbaycan millisinin seçmə matçda çıxış edəcəyi heyət bəlli olub. Bunlar Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyevadır. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.
Görüşün baş hakimi Faiq Həsənovdur.
Qeyd edək ki, yarışın açılış mərasimi noyabrın 1-də saat 11-00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 31 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















