Icma.az
close
up
RU
Azərbaycanın strateji diplomatiyası Türk dünyasında səmərəli əməkdaşlıq və davamlı yüksəlişi təşviq edir

Azərbaycanın strateji diplomatiyası Türk dünyasında səmərəli əməkdaşlıq və davamlı yüksəlişi təşviq edir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi önəm daşıyır. Regionda və qlobal miqyasda artan geosiyasi çağırışlar və yeni iqtisadi düzənə keçid fonunda keçirilən bu görüş türk dövlətlərinin ortaq dəyərlər əsasında bir araya gəlmək iradəsini və bu istiqamətdə irəliləmək əzmini nümayiş etdirir.

Zirvə çərçivəsində Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir.
Türk dövlətləri arasında qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi üçün nəqliyyat və logistika imkanlarının artırılması həlledici əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışında xüsusi olaraq vurğulanan məqam – Azərbaycanın bu sahədə yaratdığı infrastruktur Türk Dövlətləri Təşkilatının üzvlərinə Şimaldan Cənuba və Şərqdən Qərbə yükdaşımaların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.
Xəzər dənizində 50-dən artıq ticarət gəmisinə sahib olması Azərbaycanın dəniz nəqliyyatında regional güc kimi çıxış etdiyini göstərir. Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəminin inşası isə bu potensialın daha da genişləndirilməsinə yönəlib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı 25 milyon tonluq perspektiv yükaşırma qabiliyyəti ilə Mərkəzi Asiya ilə Avropa arasında quru və dəniz yollarını birləşdirən strateji mərkəzə çevrilməkdədir. Hava nəqliyyatı sahəsində də Azərbaycan möhkəm infrastruktur formalaşdırıb. Hazırda ölkədə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, yaxın zamanda 9-cu hava limanının istifadəyə verilməsi planlaşdırılır. Xüsusi qeyd edilməlidir ki, bu hava limanlarından 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində salınıb. Eyni zamanda, illik 1,5 milyon ton yük qəbul edə biləcək müasir karqo terminalının tikintisi ölkəmizin regional aviasiya və logistika mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır.
2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında da öz sözünü deməyi bacardığını sübut edib. Prezident İlham Əliyevin bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiklərini vurğulaması Azərbaycanın qlobal iqlim gündəliyinə töhfə verən məsuliyyətli dövlət statusunu bir daha ortaya qoyub. Ölkəmizin bu konfransa ev sahibliyi etməsi yalnız ekoloji deyil, həm də siyasi və diplomatik baxımdan əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğuna dəlalət edir. COP29-un uğurla təşkili, həmçinin Azərbaycanın yaşıl enerji keçidi, alternativ enerji mənbələrinin təşviqi və ekoloji təhlükəsizlik sahəsində müəyyən etdiyi strateji hədəfləri dünya ictimaiyyətinə nümayiş etdirib.
Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamə TDT-nin inkişaf trayektoriyasını və gələcək fəaliyyət mexanizmlərini müəyyənləşdirən strateji sənəd kimi dəyərləndirilir. Sənəddə müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi bəyan edilir. Bu, türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi və ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından əlamətdar hadisədir. Həmçinin Bəyannamədə irqçilik, islamofobiya və nifrət nitqinə qarşı beynəlxalq miqyasda birgə mübarizə çağırışı Türk dövlətlərinin ortaq dəyərlər, mədəni irs və dini etiqadların qorunması məsələsində vahid mövqedə olduqlarını nümayiş etdirir.
Nəticə etibarilə, Budapeştdə keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və təqdim etdiyi göstəricilər Azərbaycanın yalnız TDT çərçivəsində deyil, ümumilikdə Türk dünyasında önəmli mövqeyə sahib olduğunu bir daha sübut edir. Azərbaycan özünün yerləşdiyi coğrafi məkan, malik olduğu enerji və nəqliyyat infrastruktur imkanları, həmçinin çevik diplomatiyası türk dövlətləri arasında əməkdaşlığı təşviq edən effektiv amildir.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri