Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanında azərbaycanlı qaçaqmalçılığa görə saxlanılıb.
AZXEBER.COM Lent.az-a istinadən bildirir ki, İstanbuldan özü ilə 2,6 milyon rubl (təxminən 44 min 200 manat) dəyərində qızıl-zinət əşyaları gətirib.
Onun üzərindəki qızılları metal detektor aşkar edib. Turist gömrükçülərə cibində yalnız siqaret və alışqan olduğunu deyib.
Onun üzərini axtarıblar və 93 ədəd qızıl-zinət əşyaları - üzüklər, sırğalar, kulonlar aşkar ediblər. Qızıllar sintetik brilyant əlavələrlə 585 karat qızıldan hazırlanıb. Bütün qızıllar gömrük əməkdaşları tərəfindən müsadirə olunub.
Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Turisti beş ilə qədər həbs və ya bir milyon rubla (təxminən 17 min manat) qədər cərimə gözləyir, deyə hava limanının gömrük xidməti məlumat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















