Icma.az
close
up
RU
“Azercell” bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yayıb

“Azercell” bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yayıb

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.

"APA-Economics" xəbər verir ki, açıqlamada bildirilir ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin 2.7.-ci maddəsinə əsasən yalnız abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dəyişdirilə bilər. Digər hallarda isə kütləvi informasiya vasitələri (“KİV”) ilə abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.

“Azercell Telekom” MMC bildirir ki, bütün dəyişikliklər abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilir. Fakturasız Xətt Sisteminə aid Azercellim, Bölgə, Gəncsim, Hər Yerə və Bizimkilər tarif paketlərində edilən müvafiq dəyişikliklərlə bağlı elan 25 yanvar 2025-ci il tarixində Azərbaycan qəzetində dərc edilmişdir: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1737753596/350893.

Beləliklə “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 25.02.2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Azercellim", "Bölgə", "Gəncsim", "Bizimkilər" və "Hər Yerə" tarif paketlərində, 2 AZN aylıq (otuz təqvim günü) abunə haqqı tətbiq edilir. Abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunur. Hər hansı abunəçi istifadə etdiyi tarif paketinin şərtlərini əlverişsiz hesab edirsə, müvafiq paketə abunəlikdən imtina edə, digər şərtləri olan paket əldə edə və ya fakturalı\fakturasız (SimSim) xətt sisteminə keçid edə və oradakı digər tarif paketlərindən istifadə edə bilər.

Qeyd edək ki, mobil rabitə istifadəsində dəyişən trendləri nəzərə alaraq “Azercell Telekom” MMC mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir. Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərə görə tariflərin tətbiqi həm yerli, həm xarici, həmçinin MDB məkanında fəaliyyət göstərən operatorların analoji xidmətinə görə tətbiq etdikləri xidmət haqqı nəzərə alınmaqla özündə abunəçilərin məmnuniyyəti, rahatlığı, dəyişən tələbatını və s. amilləri əks etdirən bazar araşdırmaları əsasında formalaşdırılır.

Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəzləmə və imtina qaydası, həmçinin “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və yaxud Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət edərək əldə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri