Azəriqaz abonentləri belə aldadır Hüquq müdafiəçisi və jurnalist İFŞA ETDİ
Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"4 noyabr tarixində "Azəriqaz" mənzilimə yeni sayğac quraşdırdı. Köhnə sayğacda cəmi 4073 kub maye qaz sərfiyyatı olmuşdu, gəlib dəyişdilər. Smart sayğacda 308 kub qalıq vardı, aktda yazdılar və dedilər ki, bu qalıq qurtarana qədər sizə borc yazılmayacaq. Bu gün mənə 23 kub maye qaz sərfiyyatı üçün qəbz veriblər. Özü də 4 manat 75 qəpik. İndi bunlara nə deyəsən? Bu Azəriqaz İB-yə kim rəhbərlik edir? O nəyə və kimə arxayındır ki, istehlakçının cibinə girir? Onsuz da yeni sayğac əvvəlkinə nisbətən ikiqat sərfiyyat hesablayır. SOCAR-da bu biabırçılığa nəzarət edən kimsə var? Varsa zəhmət olmasa düzəliş edin. Aktda göstərilməsinə baxmayaraq sayğacın şəkilini də çəkdim. Şərh hissəsində qalığı göstərən şəkili də yerləşdirəcəm"
Sitat.info xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov feyzbuk hesabında yazıb.
Eyni problemlə bu gün isə jurnalist Elnurə Abışova da üzləşib və bunu sosial şəbəkədə ictimailəşdirib.
E.Abışova feyzbuk hesabında bunları yazıb: " Azəriqaz İB mənim sayğacım yeni nəsildir, "vayfaylı"dır. Karta nə ödəyirəm, onu istifadə edirəm. Bu nə borcdur? İnsanların cibinə kartla olanda belə girirsiz, mən indi təsəvvür edirəm kartsız sayğaclarda abonentlərin başına nə oyun açırsız!".
Qeyd edək ki, "Azəriqaz" qanunsuzluqlarla bağlı Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da saytımıza danışmışdı. Həmin yazını bu linkdən oxuya bilərsiniz: https://sitat.info/news/65845/azeriqazla-bagli-sok-melumatlar
Qurumun da mövqeyini dərc etməyə hazırıq.
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















