Icma.az
close
up
RU
Azəriqaz Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Azəriqaz Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi və Yaponiyanın "Mitsui & Co., Ltd." şirkəti arasında metan emissiyasının azaldılması layihələrinin birgə tədqiq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "Mitsui & Co., Ltd."nin Enerji Həlləri Biznes Bölməsinin Əməliyyatlar üzrə baş əməliyyat direktoru Yasuhiro Uçidanın iştirakı ilə keçirilən tədbirdə Memorandumu "Azəriqaz"ın baş direktoru Azər Məmmədov və "Mitsui & Co., Ltd."nin Karbon Həlləri Biznes Bölməsinin Baş Direktoru Kosuke Xattori imzalayıblar.

Sənəd "Azəriqaz"ın Azərbaycan ərazisində idarə etdiyi qaz kəmərlərində qaz sızmalarının qarşısının alınmasını, həmçinin Birgə Kreditləşdirmə Mexanizminin (JCM) və ya digər karbon kredit mexanizmlərinin tətbiqini nəzərdə tutur. Tədqiqat gələcəkdə daha geniş tətbiq potensialı ilə Zirə qəsəbəsində başlanacaq.

Bu da hər iki şirkətin karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyi ilə bağlı öhdəliyinə sadiqliyini nümayiş etdirir.

"Azəriqaz"ın baş direktoru Azər Məmmədov bildirib ki, bu əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizəyə və karbon qazı emissiyalarının, xüsusən də metanın azaldılmasına töhfə verəcək, şirkətlər JCM və ya digər karbon kredit mexanizmləri çərçivəsində metan emissiyalarının azaldılması layihələrinin hazırlanmasına, tətbiqinə və izlənməsinə üstünlük verəcəklər. "Mitsui" ilə əməkdaşlıq Azərbaycanın qaz infrastrukturunun dayanıqlığına və təhlükəsizliyinə töhfə verəcək.

"Mitsui & Co., Ltd."nin Karbon həlləri biznes bölməsinin baş direktoru Kosuke Xattori isə bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə "Azəriqaz"la yaxından işləməyi səbirsizliklə gözləyirik.

Xatırladaq ki, "Mitsui & Co., Ltd." 60-dan çox ölkədə fəaliyyət göstərən və geniş bir sahə üzrə biznes portfelinə sahib olan qlobal ticarət və investisiya şirkətidir. Şirkət dünya miqyasında tanınmış şirkətlərlə qurduğu etibarlı tərəfdaşlıq əlaqələri ilə bizneslərini müəyyən edir, inkişaf etdirir və böyüdür. Coğrafi və sahələrarası güclərini birləşdirərək uzunmüddətli davamlı dəyər yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri