Icma.az
close
up
RU
525ci qəzet “Azəriqaz” Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

525ci qəzet “Azəriqaz” Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Yaponiyanın “Mitsui & Co., Ltd.” şirkəti arasında metan emissiyasının azaldılması layihələrinin birgə tədqiq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Mitsui & Co., Ltd.”nin Enerji Həlləri Biznes Bölməsinin Əməliyyatlar üzrə baş əməliyyat direktoru Yasuhiro Uçidanın iştirakı ilə keçirilən tədbirdə Memorandumu “Azəriqaz”ın baş direktoru Azər Məmmədov və “Mitsui & Co., Ltd.”nin Karbon Həlləri Biznes Bölməsinin Baş Direktoru Kosuke Xattori imzalayıblar.

Sənəd “Azəriqaz”ın Azərbaycan ərazisində idarə etdiyi qaz kəmərlərində qaz sızmalarının qarşısının alınmasını, həmçinin Birgə Kreditləşdirmə Mexanizminin (JCM) və ya digər karbon kredit mexanizmlərinin tətbiqini nəzərdə tutur. Tədqiqat gələcəkdə daha geniş tətbiq potensialı ilə Zirə qəsəbəsində başlanacaq.

Bu da hər iki şirkətin karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyi ilə bağlı öhdəliyinə sadiqliyini nümayiş etdirir.

“Azəriqaz”ın baş direktoru Azər Məmmədov bildirib ki, bu əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizəyə və karbon qazı emissiyalarının, xüsusən də metanın azaldılmasına töhfə verəcək, şirkətlər JCM və ya digər karbon kredit mexanizmləri çərçivəsində metan emissiyalarının azaldılması layihələrinin hazırlanmasına, tətbiqinə və izlənməsinə üstünlük verəcəklər. “Mitsui” ilə əməkdaşlıq Azərbaycanın qaz infrastrukturunun dayanıqlığına və təhlükəsizliyinə töhfə verəcək.

“Mitsui & Co., Ltd.”nin Karbon həlləri biznes bölməsinin baş direktoru Kosuke Xattori isə bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə “Azəriqaz”la yaxından işləməyi səbirsizliklə gözləyirik.

Xatırladaq ki, “Mitsui & Co., Ltd.” 60-dan çox ölkədə fəaliyyət göstərən və geniş bir sahə üzrə biznes portfelinə sahib olan qlobal ticarət və investisiya şirkətidir. Şirkət dünya miqyasında tanınmış şirkətlərlə qurduğu etibarlı tərəfdaşlıq əlaqələri ilə bizneslərini müəyyən edir, inkişaf etdirir və böyüdür. Coğrafi və sahələrarası güclərini birləşdirərək uzunmüddətli davamlı dəyər yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see124

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see114

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri