Icma.az
close
up
RU
AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir

AzMİU ilə Ankara Universiteti arasında ikili diplomla bağlı əməkdaşlığın əhatəsi genişlənir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Nümayəndə heyətinə Ankara Universitetinin rektoru professor Necdet Ünüvar rəhbərlik edib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Görüşdə iki qardaş ölkə arasında dərin tarixi və strateji münasibətlərin fonunda elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub.

Görüş zamanı Ankara Universiteti ilə AzMİU arasında bir müddət əvvəl imzalanmış elektrik və elektronika mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının hər iki dövlətin tənzimləyici qurumları tərəfindən təsdiqlənməsindən məmnunluq ifadə olunub. Proqramın inzibati və təşkilati məsələləri ətraflı müzakirə edilib.

Bununla yanaşı, görüş çərçivəsində universitetlər arasında daha bir mühüm sənəd – daşınmaz əmlakın inkişafı və idarə edilməsi ixtisası üzrə ikili diplom proqramına dair protokol imzalanıb.

Qeyd olunub ki, bu addım gənclərin təhsil imkanlarının genişləndirilməsilə yanaşı, AzMİU-nun beynəlxalq təhsil mühitinə inteqrasiyasını daha da gücləndirəcək.

Tərəflər, həmçinin elmi-tədqiqat istiqamətində birgə fəaliyyətin genişləndirilməsi, alimlərin beynəlxalq indeksli jurnallarda ortaq məqalələrlə çıxış etməsi, hər iki universitetin elmi nəşrlərindən qarşılıqlı faydalanma, rəqəmsal oyunların inkişafı sahəsində ortaq tədqiqatların aparılması və birgə layihələrin hazırlanması kimi məsələləri müzakirə ediblər.

İmzalanmış yeni protokol AzMİU-nun beynəlxalq əməkdaşlıq strategiyasının növbəti uğurlu addımı kimi qiymətləndirilir. Daşınmaz əmlakın inkişafı və idarə edilməsi ixtisası üzrə ikili diplom proqramı ilə universitetin bu formatda beynəlxalq müqavilələrinin sayı 12-yə çatdı. AzMİU-nun dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələri ilə imzaladığı bu ikili diplom sazişləri tələbələrin qlobal bilik və bacarıqlarla təchiz olunmasına, müəllimlərin elmi-mübadilə imkanlarının genişlənməsinə və universitetin beynəlxalq təhsil məkanında nüfuzunun daha da artmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri