Bağırov onu DGK Akademiyasına rəis müavini göndərdi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gömrük xidməti polkovniki Anar Süleymanov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə təyin edilib.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzovdur.

