Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Bağırovun göstərişi ilə “NKVD” nin iki agenti elə FK nın binasında öldürüldü… İSTİNTAQ MATERİALLARINDAN

Bağırovun göstərişi ilə “NKVD” nin iki agenti elə FK nın binasında öldürüldü… İSTİNTAQ MATERİALLARINDAN

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bağırovun onları nə üçün istintaqsız-məhkəməsiz öldürmək qərarına gəldiyini bilmədim. Bağırov onu da bildirdi ki, həmin hadisəni, onların guya “üçlüyün” qərarı ilə güllələnməsi kimi sənədləşdirmək lazımdır…”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

“İstintaq materiallarından...

 “Şahid Aksyanov-Şerbitkski Serqey Mixayloviç:

(Əvvəli burada:)

“Sual: 

-Bəbir Hüseynov İrana neçə gəlib çıxmışdı?

Cavab: 

-Bunu mən dəqiq bilmirəm. Eşitdiyimə görə o, Azərbaycanda türmədə, ya da milisdə işləyərkən çoxlu miqdarda dövlət əmlakını mənimsəyib İrana qaçıb… 

Sual: 

-Bəbir Hüseynovun “NKVD” üçün işlədiyindən xəbəriniz var idimi?.. 

Cavab: 

-Xeyr. Xaricdəki agentlərdən mənim xəbərim yoxdur. Mənə əmr verilmişdi ki, Astaraya gedib sərhədi keçəcək İranda yaşayan Bəbir Hüseynovu tutub saxlayam. Bəbir Hüseynov barədə heç bir məlumatım yox idi. Mən əmri yerinə yetirdim. Bəbir Hüseynovu və onunla birgə sərhədi keçən türk casusunu Lənkəran türməsinə saldırdım. Bu barədə Bakıya məlumat verəndə mənə bildirdilər ki, türk casusunu Bakıya göndərim, Bəbir Hüseynovu da həbsdən azad edim. Ancaq bunun üçün hiylə işlətməli idim. Mən Bəbiri yanıma çağırıb ona yol üçün pul verdim, Bakıya neçə getmək yollarını göstərdim və azad etdim. Lənkəran şöbəsi əməkdaşlarına isə məlumat verdim ki, Bəbir Hüseynov həbsxanadan qaçıb, inandırıcı olsun deyə, havaya bir-iki güllə də atdım. 

Raykom katibi isə məndən Bağırova şikayət yazdı və göstərdi ki, mən rüşvət alıb Bəbir Hüseynovu buraxmışam… Bakıya qayıdıb keçirdiyim əməliyyat barədə Bağırovun özünə məlumat verdim. 

Bağırov mənə heç bir sual vermədi, görünür, bütün bu əməliyyat qabaqçadan onunla razılaşdırılmışdı. Məni dinləyəndən sonra Bağırov Nikolayevin yanında belə bir göstəriş verdi: Bəbir Hüseynovdan orqanlardan gizlənən quldur Aslanın ələ keçirilməsi üçün istifadə etməliyik. Buna görə Bəbiri başqa bir quldurla- Qazanpapaqla calaşdırmaq və onlara Aslanı yerin tərkibində də olsa, tapmağı tapşırmaq lazımdır… 

Quldur Aslan öz dəstəsi ilə birgə Bakı ətrafında fəaliyyət göstərirmiş. Sonralar Aslanın dəstəsi darmadağın edilib, özü isə İrana qaçıbmış. Bir müddətdən sonra Aslan İrandan qayıdıb yenidən Bakıda gizlənirmiş. Onu ələ keçirmək üçün Bəbir Hüseynov, Qazanpapaq və onların iki yoldaşı geyim, silah və pulla təmin edildi. Bir aya qədər onlar axtarış adıyla müxtəlif yerlərə getdilər, ancaq bir nəticə əldə edilmədi. Mən bu barədə Nikolayevin yanında Bağırova məlumat verdim və bu əməliyyatın əhəmiyyətsizliyi, Qazanpapaqla Bəbir Hüseynovdan Aslanı ələ keçirmək üçün istifadənin heç bir nəticə verməyəcəyi barədə öz rəyimi bildirdim. O vaxt Bağırov dedi ki, Qazanpapağı və Bəbir Hüseynovu aradan götürmək, yəni məhv eləmək lazımdır. Bağırovun onları nə üçün istintaqsız-məhkəməsiz öldürmək qərarına gəldiyini bilmədim. Bağırov onu da bildirdi ki, həmin hadisəni, onların guya “üçlüyün” qərarı ilə güllələnməsi kimi sənədləşdirmək lazımdır… 

Bundan sonra axşam mən Azərbaycan FK-sına gələn zaman otaqların birində Bəbir Hüseynova rast gəldim. O mənə bildirdi ki, Qazanpapaq və iki yoldaşı Bakıda “Təbriz” mehmanxanasındadılar və onların pulu tükənmək üzrədir. 

Nikolayevlə məsləhətləşib Bəbir Hüseynovu və Qazanpapağı elə həmin axşam FK-nın binasında öldürməyi qərara aldıq. Yadımdadır ki, Bəbir Hüseynovu ikinçi mərtəbədəki otaqların birində yerləşdirdim. Sonra “Təbriz” mehmanxanasına gedib Qazanpapağı da gətirdim və onu da başqa otağa saldım. Qazanpapağı və Bəbir Hüseynovu öldürmək üçün adamlar ayrılmışdı: Vasil Suxanov, Qavrilov, Avlaseviç, Şahverdiyan. Bütün “əməliyyata” Nikolayev rəhbərlik edirdi. Biz Qazanpapağın olduğu otağa hücum edib onun başını daşla əzdik. Elə həmin vaxt o biri dəstə Bəbir Hüseynovu boğub öldürdü… 

Onları öldürəndən sonra biz mehmanxanaya gedib Qazanpapağın o biri iki yoldaşını da götürdük, şəhərdən kənar bir yerdə güllələdik. Bundan təqribən 2 ay sonra mal otaran kəndlilər “ÇK”- ya xəbər verdilər ki, quldur Aslan Bakı ətrafındakı dağlarda peyda olub. Onu da “ÇK”əməkdaşları aradan götürdülər… 

Sual: 

-Bağırovun ən yaxın adamları kimlər idi? 

Cavab: 

-Bağırovun ən yaxşı adamlarından biri 1920-ci ildən yanında gəzdirdiyi Ələkbər Rəhmanov idi. Xarakterik cəhətdir ki, Bağırov 1926 və 1930-cu illərdə işdən azad ediləndə Rəhmanov da xidmətdən uzaqlaşdırılmışdı. Bağırov hər dəfə öz işinə qayıdan kimi onu yenidən məsul vəzifələrə qoyurdu. Son vaxtlar Rəhmanov Azərbaycan SSRİ DİN-in I Xüsusi şöbəsində işləyirdi. Məncə Bağırov onu bu vəzifəyə ona görə qoymuşdu ki, o, xüsusi şöbəni gələcəkdə onu ifşa edəcək materiallardan təmizləsin. 

Rəhmanov Bağırovun şəxsi rezidenti idi. O, Rəhmanova xüsusi tapşırıqlar verirdi. Məhz Rəhmanov Bağırovun göstərişi ilə respublikanın məsul və rəhbər işçiləri barədə arayışlar hazırlayırdı. Bağırovun yaxın və inanılmış adamlarından biri də Borşev idi. O da Bağırovun xüsusi himayəsi altında idi…

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri