Icma.az
close
up
RU
Müxalifətin hay küyünün artması siyasi mövqelərini qorumaq cəhdidir ŞƏRH EDİLDİ

Müxalifətin hay küyünün artması siyasi mövqelərini qorumaq cəhdidir ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"Əli Kərimli və onun ətrafının hazırkı hay-küyünün səbəbləri bir neçə siyasi və kommunikasiya faktorları ilə izah olunur. Bu proses yeni deyil - müxalifət düşərgəsinin illərdir formalaşmış davranış modeli bu gün də eyni xətt üzrə davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, müxalifət radikal qanadının hər hansı siyasi hadisəyə emosional reaksiya verməsi və “hakimiyyətin qərəzli münasibəti” iddiasını önə çəkməsi onların əsas siyasi alətlərindən biridir: "Bu ritorika həm öz tərəfdarlarını motivasiya etmək, həm də informasiya məkanında görünürlüyü artırmaq məqsədi daşıyır. Azərbaycan müxalifətinin struktur zəifliyi, sosial dayaqlarının məhdudluğu və real siyasi proseslərdə iştirak imkanlarının aşağı olması onları informasiya müstəvisində daha sərt və bəzən də hay-küylü davranmağa məcbur edir. Əli Kərimli və ətrafının bu dəfə də inkar taktikasına üz tutması isə təsadüfi deyil. Onlar siyasi məsuliyyət yükünü öz üzərlərinə götürməkdən yayınmaq, yaranmış vəziyyətə görə ictimai fikri başqa istiqamətə yönəltmək və təzyiqi azaltmaq üçün “hakimiyyət bizi hədəf alır” tezisindən istifadə edirlər. Bu taktika əvvəllər olduğu kimi, bu gün də onların standart kommunikasiya modelinin əsas hissəsidir.Digər tərəfdən, radikal müxalifət düşərgəsi uzun müddətdir ki, daxili ziddiyyətlər, liderlik böhranı və sosial bazanın daralması ilə üz-üzədir. Belə vəziyyətdə gündəmi emosional ittihamlarla doldurmaq həm diqqəti daxili problemlərdən yayındırmaq, həm də öz auditoriyası üçün “siyasi aktivlik görüntüsü” yaratmaq məqsədi daşıyır. Yəni hay-küyün artmasının arxasında sırf ictimai rəy uğrunda mübarizə dayanır.Hakimiyyətin guya “qərəzli münasibət göstərdiyi” iddiası isə müxalifətin özünü siyasi təqib olunan qüvvə kimi təqdim etməsinə xidmət edir. Bu, həm xarici auditoriya üçün mesaj rolunu oynayır, həm də daxildə tərəfdarların konsolidasiyasını təmin etməyə hesablanıb. Azərbaycan siyasi sistemində müxalifətin zəif təsir imkanlarını nəzərə alsaq, onlar üçün ən rahat platforma sosial media və informasiya məkanıdır. Əli Kərimli və ətrafının hay-küyünün səbəbi nə yeni siyasi faktordur, nə də gözlənilməz proses. Bu, onların uzun illərdir davam etdirdiyi siyasi davranış modelinin növbəti təzahürüdür: məsuliyyəti inkar etmək, hakimiyyəti ittiham etmək və informasiya müharibəsi vasitəsilə öz mövqelərini qorumaq".

Müəllif: Ziya Hikmətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri