Icma.az
close
up
RU
Bahəddin Həzi: Qərarın Knessetdən keçməməsi ehtimalı da az deyil

Bahəddin Həzi: Qərarın Knessetdən keçməməsi ehtimalı da az deyil

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məlum olduğu kimi, bu il iyunun 28-də İsrailin Nazirlər Kabineti Osmanlı dövlətində ermənilərin guya kütləvi şəkildə qətlə yetirilməsini "soyqırımı" kimi tanıyan qətnamə qəbul edib.

Türkiyədə, eləcə də Azərbaycanda bu qətnaməyə münasibət, əlbəttə ki, müsbət ola bilməzdi. Bu sənədi İsrail dövlətinin "dostluğa sığmayan" addımı kimi dəyərləndirənlər də var. Hətta Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, rəsmi Bakı bu qərarı əsas götürərək İsrail dövlətindən müəyyən məsafə saxlamalıdır. O, bunu İran hakim elitasında Azərbaycana müsbət münasibət göstərən siyasi qüvvələrin çoxalması ilə izah edib”.

Bu barədə Bizimyol.info xəbər portalına əməkdar jurnalist, siyasi şərhçi Bahəddin Həzi danışıb.

Bahəddin Həzi İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanımasını müsbət qiymətləndirmir.

O bildirir ki, bu addım Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsinə yaraşmamaqla yanaşı, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi üçün də az da olsa müəyyən mənfi fon yarada bilər.

“Əvvəla, Azərbaycan heç vaxt bir dövlətlə münasibətini başqa dövlətin maraqlarına və ya münasibətinə görə qurmayıb. O cümlədən, İsraillə İran arasında münaqişələr də buna təsir etmir.

Azərbaycan tərəf seçmir, hər iki ölkə ilə dostluq münasibətləri saxlayır. Buna görə də Tofiq Zülfüqarovun bu qərara münasibəti İran məsələsi ilə bağlamaq təklifi, məncə, tənqidə davam gətirmir.

İkincisi, Ermənistanın indiki hökumətinin siyasətində əsas istiqamətlərdən biri qondarma "erməni soyqırımı" məsələsini ən azı Ermənistan dövlətinin və cəmiyyətinin gündəmindən çıxarmaqdır. Çünki Ermənistan qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağı strateji xətt kimi seçdiyini bəyan edib. Baş nazir Nikol Paşinyan da seçkidən dərhal sonrakı açıqlamasında bunu bir daha vurğulamışdı.

Bu strateji xəttin reallığa çevrilməsi isə Ermənistan siyasi elitasının və bütövlükdə erməniliyin keçmişdəki ideoloji buxovlardan, militarist təfəkkür tərzindən və "böyük Ermənistan" xəstəliyindən xilas olmasından keçir.

Hazırda Ermənistan özü bu saxta "soyqırımı" avantürasından məsafə saxlayarkən, başqa ölkələrdə bununla bağlı qəbul edilən qərarların artıq əvvəlki kimi siyasi nəticələr doğurmayacağı da aydındır. Ona görə də İsrail hökumətinin bu yanlış qərarını həddindən artıq dramatikləşdirməyin doğru olmadığını düşünürəm.

Onu da nəzərə almaq lazımdır ki, bu saxta "soyqırımı" iddiası Ermənistanda, əvvəlki hökumətlər dövründə dövlət ideologiyasının əsas komponentlərindən biri olduğu vaxtlarda İsrail bunu rəsmən qəbul etmirdi”, – deyən Bahəddin Həzi bildirib.

O hesab edir ki, indiki mərhələdə İsrail hökumətinin bu qərarına bir tərəfdən ABŞ-İran danışıqları, digər tərəfdən isə Türkiyənin Yaxın Şərq siyasəti, o cümlədən Qəzza məsələsində tutduğu mövqe kontekstində baxmaq lazımdır.

Jurnalistin fikrincə, bu, İsrail hökumətinin siyasi mövqeyidir, ancaq hələ ki dövlətin rəsmi mövqeyi deyil. Qətnamə İsrail parlamenti – Knesset tərəfindən səs çoxluğu ilə qəbul olunarsa, o zaman bu, dövlətin mövqeyi hesab ediləcək. Hələlik isə sənəd parlament səviyyəsində təsdiqlənmədiyindən hökumətin təşəbbüsü olaraq qalır.

“Ona görə də məsələyə münasibət də, düşünürəm ki, göstərdiyimiz bu nüanslar nəzərə alınmaqla formalaşacaq.

Bir məqamı da xüsusi vurğulamaq istərdim. Doğrudur, qətnamənin Knessetdən keçməyəcəyini qəti şəkildə demək mümkün deyil. Amma məlumdur ki, İsrail siyasi elitasında, o cümlədən hakim siyasi qüvvə daxilində də bu məsələyə münasibət birmənalı deyil. Eyni zamanda parlament üzvləri arasında da fərqli yanaşmalar var. Buna görə də qərarın parlamentdən keçməməsi ehtimalı az deyil”, – deyə o bildirib.

Bahəddin Həzinin fikrincə, üçüncüsü, bu məsələdən çıxış edərək İsraillə münasibətləri zəiflətmək və ya məsafəni artırmaq ona görə də doğru olmaz ki, İsrail indiyədək saxta "erməni soyqırımı" iddiasını tanıyan ilk ölkə deyil. Üstəlik, dediyi kimi, bu, hələ dövlət səviyyəsində qəti rəsmi mövqe deyil.

İndiyədək bu iddianı dövlət qərarı səviyyəsində tanıyan ölkələr var. Məsələn, Fransa, Almaniya, İtaliya, Polşa, Çexiya, Slovakiya, Portuqaliya və digərləri. ABŞ-da isə Co Bayden prezident olduğu dövrdə bu ifadəni rəsmi çıxışında işlədib.

Bu dövlətlərdən bəziləri Türkiyənin NATO üzrə müttəfiqləridir. Ankara eyni zamanda Moskva ilə də münasibətlərini tarazlı şəkildə saxlayır. Halbuki Rusiya saxta "erməni soyqırımı" iddiasını tanıyan ilk ölkələrdən biridir. Eləcə də İtaliya.

Azərbaycanın da, Türkiyənin də bu dövlətlərlə münasibətləri yüksək səviyyədədir. Odur ki, İsrail Nazirlər Kabinetinin bu qərarına görə Azərbaycanın yəhudi dövləti ilə münasibətlərinin səviyyəsini aşağı salacağı ehtimal edilmir.

“Bu qərar Türkiyəni də öz Yaxın Şərq siyasətindən çəkindirməyəcək. Təbii ki, bu addım xüsusilə Türkiyədə tənqid olunacaq. Azərbaycanın da bu məsələyə adekvat münasibəti var. Azərbaycanın Xarici İşlər Nazirliyi bu qərarın narahatlıq doğurduğunu ifadə edib və bildirib ki, bu cür siyasi qərarlar, belə addımlar barışığa və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.

Azərbaycan tərəfi bildirir ki, "İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq". Bu da o deməkdir ki, sənədə yenidən baxılması üçün diplomatik səylər davam etdiriləcək. Doğru olan da budur”, – deyə Bahəddin Həzi bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri