Bakı aeroportunda YENİLİK: Sərnişinlər üçün smart taksi terminalları istifadəyə verildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlər üçün taksi xidmətinin keyfiyyətini artırmaq məqsədilə yeni smart terminallar quraşdırılıb.
Oxu.Az Real TV-yə istinadən məlumat verir ki, terminal vasitəsilə sərnişinlər həm məlumat ala, həm də taksi sifarişlərini birbaşa həyata keçirə bilirlər.
Hazırda aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Qiymətlər taksometrlə hesablanır və hər hansı dəyişiklik olduqda sərnişinlərə proqram vasitəsilə məlumat verilir.
Qeyd edək ki, yeni qaydalara əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımaları yalnız xüsusi hazırlanan və qanunvericiliyə uyğun taksilər vasitəsilə həyata keçirilir. Hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb və yalnız təlim keçmiş, müasir standartlara cavab verən sürücülər xidmət göstərə bilərlər.
Ətraflı süjetdə:
Bakı aeroportunda YENİLİK: Sərnişinlər üçün smart taksi terminalları istifadəyə verildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















