Icma.az
close
up
RU
“Bakı Metropoliteni” yenə “2” aldı ŞOK zərər

“Bakı Metropoliteni” yenə “2” aldı ŞOK zərər

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni “Bənövşəyi” xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb.


Bakupost.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hesabatında qeyd edilib.

Hesabatda o da qeyd edilir ki, “Xocəsən” elektrik deposunun tikintisində layihəyə daxil edilməmiş işlərin smetaya əlavə edilməsi nəticəsində yaranmış 272 658,31 manatlıq fərqin azaldılması təmin olunmayıb, eyni zamanda 559 700 manatlıq işlər üzrə smeta sənədlərinin ekspertizadan keçirilməsi də hələ icra olunmayıb.

Bundan başqa, normativ əmsalların düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin artırılması və betonun səhv hesablanması nəticəsində dəyəri artırılmış təxminən 255 238 manatlıq işlərin də smeta dəyərinin azaldılması 2024-cü ildən bəri həyata keçirilməyib. Audit materiallarında digər smeta uyğunsuzluqları üzrə də milyonlarla manatlıq artıqlamaların azaldılmasının təmin edilmədiyi vurğulanır və bu hallar üzrə qərarların icrası hələ də izlənilmə mərhələsindədir.

Uzun zamandır ictimaiyyət arasında Metropolitenin fəaliyyəti ilə bağlı narazılıqlar da artmaqdadır:

Sərnişinlər pik saatlarda sıxlığın yüksək olması, qatarlarda texniki nasazlıqlar və gecikmələr, həmçinin bəzi vaqonlarda havasızlıq və komfortun aşağı olması ilə bağlı şikayətlərini bildirirlər. Bütün bunların fonunda qiymətlərlə bağlı narazılıq da var — bir tərəfdən hər dəfə gediş haqqı qalxır, digər tərəfdən isə bu artımın müqabilində xidmətin keyfiyyətində bariz yaxşılaşma hiss olunmur. Sərnişinlər daha rahat, təhlükəsiz və vaxtında xidmət gözləyirlər, lakin mövcud problemlər bunun reallıqdan uzaq olduğunu göstərir.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov Musavat.com-a deyib ki, müəyyən istiqamətlər və layihələr üzrə problemlər aşkarlanıb, bu günə qədər həmin məsələlərin aradan qaldırılmaması icra mexanizmlərində, nəzarət mexanizmlərində mövcud olan bir sıra boşluqlardan xəbər verir:

“Ümumilikdə dünya praktikasında auditlərin idarə olunması ilə bağlı beynəlxalq standartlar mövcuddur. Hesablama Palatasının fəaliyyəti ayrıca bir mövzudur, amma buna da xüsusilə toxunmaq istəyirəm ki, aparılmış audit yoxlamaları beynəlxalq standartların tələblərinə uyğun olmalıdır. Eyni zamanda, tərtib olunan hesabatlar və rəylər daha konkret olmalı, konkret adlar və vəzifələr də orada ön plana çıxarılmalıdır. Auditin kriteriyaları əsasən göstərilməli və bu proses beynəlxalq İSO 190011:2018 -auditlərin idarəetmə standartıstandartının tələblərinə uyğun həyata keçirilməlidir”.

Ekspert qeyd edib ki, bu sahədə qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir:

“İcra məsələsinə gəlincə, məsuliyyətlər, cəza tədbirləri və sanksiyalar dəqiq formada tətbiq olunmalı, bu sahəyə nizam-intizam gətirilməli və müvafiq dəyişikliklər həyata keçirilməlidir. Beynəlxalq praktikada dövlət mexanizmi çərçivəsində fəaliyyət göstərən audit qurumunun apardığı yoxlamalar nəticəsində icrası məcburi olan göstərişlər olur və onlar mütləq icra edilməlidir. Əgər icra olunmursa, bir sıra tədbirlər həyata keçirilir. Eyni zamanda, inzibati məsuliyyət tədbirləri, maliyyə sanksiyaları tətbiq olunur. Məsələn, 2,7–2,8 milyon manat həcmində dövlətə dəymiş zərərin hansı formada kompensasiya edilməsi ayrıca mexanizmlərlə tənzimlənir. Hesablama Palatasının göstərdiyi məsələlər konkret olaraq bir neçə istiqaməti əhatə edir: əmsalların səhv tətbiq olunması, qiymətlərə daşınma xərclərinin əsassız şəkildə artırılması xüsusilə qeyd olunur, beton qiymətlərinin səhv göstərilməsi diqqətə çatdırılır. Bildiyiniz kimi, smetaların hazırlanmasında müəyyən əmsallar mövcuddur ki, onlar düzgün tətbiq edilməlidir. Düzdür, praktikada müəyyən faza qiymətləndirmələri və əməliyyatlar üzrə müəyyən uyğunsuzluqlar yarana bilər. Amma bir sıra təşkilatlarda bu məsələlər artıq praktik qaydada öz həllini tapıb. Bakı Metropolitenində isə bu proses çoxdan həyata keçirilməli idi, lakin bunu edə bilməyiblər. Belə başa düşürük ki, orada həm inzibati problemlər mövcuddur, həm kadr çatışmazlığı var, həm də üfüqi və şaquli məsuliyyətin düzgün bölüşdürülməsi həyata keçirilməyib ki, nəticədə belə hallar ortaya çıxır”.

Asif İbrahimov vurğulayıb ki, konkret olaraq bu mexanizmlər Azərbaycanda kommunal təsərrüfatda və nəqliyyat infrastrukturu ilə bağlı qurumların fəaliyyətində köklü islahatlar tələb edir:

“Bu qurumlar buraxılıb, yenidən formalaşdırılmalı, üfüqi və şaquli məsuliyyət məsələləri, vəzifə öhdəlikləri, hüquqlar, səlahiyyətlər, rollar və funksiyalar yenidən müəyyənləşdirilməli, kadrlar yenidən təlim keçməlidir. Bu sahədə icrası məcburi olan göstərişlər dəqiq şəkildə formalaşdırılmalı və əgər müəyyən məqamlar hələ də öz həllini tapmayıbsa, deməli, bu mexanizmin hansısa mərhələsində boşluq var və verilmiş icrası məcburi göstərişlər icra olunmayıb. Deməli, burada bu mexanizmlə bağlı konkret tədbirlər həyata keçirilməlidir. Ümumilikdə qiymətləndirdikdə Bakı Metropoliteninin fəaliyyəti qənaətbəxş deyil. Ötən il — 2025-ci ildə 139 milyon manat zərər hesablanmışdı və ümumi yığılmış zərər də 3 milyard manat təşkil edir. Yəni bu 3 milyard manat zərər dövlətə dəymiş zərər deməkdir. Nəticə etibarilə isə bu fəaliyyət — yaxud fəaliyyətsizlik, yaxud da düzgün olmayan fəaliyyət — sonda vətəndaşların sosial rifahına, eyni zamanda Azərbaycan Respublikasının dövlət büdcəsinə zərər yetirir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Yanvar 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri