Bakı Qroznı reysinin faciəsinə həsr olunan film təqdim olundu VİDEO
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının birinci ildönümünə həsr olunan süni intellektlə hazırlanmış film təqdim edilib.
Gununsesi.info “SOY” Productiona məxsus ekran işi Sarvan Hüseyn tərəfindən ərsəyə gətirilib.
AI rejissorluğunu Babək Sübhaninin, assistentliyini Nəzrin Mərdanlının etdiyi qısa filmdə qəza anı əks olunub.
Milli qəhrəmanlarımız – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın, həmçinin sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntülərinin yer aldığı layihənin rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi Fariz Əliyevdir.
Xanoğlan Ağamoğlanlının məsləhətçilik etdiyi ekran işində səsləndirmə aktyor Vüsal Murtuzəliyevə məxsusdur.
Sözügedən kadrları ərsəyə gətirən S. Hüseyn videoda 40 mindən çox şəkildən istifadə olunduğunu bildirib:
“Hər kəsə təşəkkür edirəm. Bu film mənim həyatımda çox böyük önəm daşıyır. Videoda 40 mindən çox şəkil və 10 minə yaxın video süni intellekt vasitəsilə yaradılıb. Ümid edirəm ki, bununla insanlara hiss və duyğularımı doğru şəkildə çatdıra bilmişəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















