Icma.az
close
up
RU
Bakı üçün iki variant var Böyük plan qarşısında yeni maneə

Bakı üçün iki variant var Böyük plan qarşısında yeni maneə

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ötən ay Ermənistanla sülh sazişinə dair bütün bəndlərin razılaşdırıldığını rəsmi şəkildə açıqladı. Bənzər bəyanat İrəvandan da gəldi, lakin ardınca Ermənistan ordusu mövqelərimizi atəşə tutub, təxribatlara cəhd etdi. 

Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan almaniyalı həmkarı ilə görüşü zamanı sülh müqaviləsi mətninin tam razılaşdırıldığını təsdiqlədi və 17 paraqrafdan ibarət olduğunu qeyd etdi.

Hazırda sülh danışıqları nə yerdədir? Sülh sazişi ilə bağlı danışıqların yekunlaşdırılması, artıq ümumi prosesin başa çatdığı mənasına gəlirmi? Sərhəddə atəşkəsin pozulması nə vəd edir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə temp, nəhayət, layihə səviyyəsində yekun razılığın əldə edilməsi ilə nəticələndi:

“Lakin Ermənistanın konstitusiya dəyişikliyi etməməsi və ərazi subyektlərinə dair Azərbaycanla olan mübahisələr davamlı və uzunmüddətli razılaşmanın qarşısında maneə kimi dayanır.

Yəni sülhə dair əhəmiyyətli irəliləyişlər hərbi eskalasiyaya alternativ olaraq alqışlanır və bunlar Azərbaycanın diplomatik-siyasi zəfərləri hesabına əldə edilib. Ancaq təfərrüatlarda  problematik məsələlər qalmaqdadır.

Həmin təfərrüatlar, məncə, daha çox üç istiqamətin daxilində yerləşib, onlardan ikisini – konstitusiya dəyişikliyi və sərhədlərin müəyyənləşdirilməsinə dair mübahisələri qeyd etdim.

Qalan məsələlər də açıq mənbələrdə vurğulanır ki, bura Avropa İttifaqının monitorinq missiyasının Ermənistandan çıxarılması və beynəlxalq iddialardan geri çəkilmək daxildir.

Buna baxmayaraq sülh mətnindən ayrı tutulan, lakin sülh üçün vacib olan iki mühüm komponent proseslərə təsir dinamikasını qoruyub saxlayır. Bu, Zəngəzur dəhlizinin açılması və Qərbi azərbaycanlıların geri qayıdışı ilə əlaqədar çoxbəndli təfərrüatlarla əlaqəlidir”.

Analitik hesab edir ki, Azərbaycan üçün iki variant var:

“Ya Ermənistan dövləti Qərbi azərbaycanlıların geri dönüşündən sonra onların təhlükəsizliyinə zəmanət verir, ya da həmin qarantiyanı Bakı ilə Ankaranın strateji müttəfiqliyi təmin edir.

İkinci variant Bakı üçün daha məqbul ssenari kimi səslənə bilər, çünki İrəvanın azərbaycanlı icması üçün zəmanətinin etibarlılığı yoxdur. İcma və onun üzərindən qurulan dövlət siyasəti, təkcə regionun demoqrafiyasını dəyişdirmir, həm də bölgədə geosiyasi tendensiyalara təsir edir. Bu cəhətdən Azərbaycanın “Qərbi Azərbaycan icması” çox böyük əhəmiyyətə malikdir və rəsmi Bakının regional siyasətində fərqli dönüş nöqtəsi təqdim edir.

Digər tərəfdən, Qərbi azərbaycanlıların qayıdışı daha çox Zəngəzur dəhlizinin açılması ilə düz mütənasiblik təşkil edir. Yəni dəhlizin açılması Qərbi azərbaycanlıların geri dönüşünə maneə yaradan qapını aralayır.

Sərhəddəki silahlı təxribatlar daha çox Azərbaycanın böyüyən planına qarşı qurulmuş tələdir və həmin provokasiyaların müəlliflərinin kimliyinə baxmaq da lazımdır”.


Aqşin Kərimov

A.Kərimovun sözlərinə görə, iki razılaşdırılmamış maddə üzrə razılığın əldə edilməsi saziş layihəsinin mətninə möhür vurdu:

“Həmin iki maddə sərhəddə hər hansı üçüncü tərəfin iştirakının olmaması və beynəlxalq məhkəmələrdən qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlıdır.

Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələrdən sonra, “hazırkı məzmun Ermənistan üçün məqbul olan kompromis variantı sayıla bilər”, – deyib.

Bundan sonra sərhəddə Ermənistanın təxribatlarının intensivləşməsi üç məsələni aktuallaşdırır:

– Ya Paşinyan ordunun Azərbaycan mövqelərinə qarşı resurslarını və döyüş potensialını test edir,

– Ya ordu daxilində Paşinyanın əmr və təlimatlarına məhəl qoymayan qüvvələr qalmaqdadır,

– Ya Aİ missiyası sərhəddə qalıcılığını təmin etmək üçün müxtəlif cür təxribat üsulları hazırlayıb erməniləri silahlı insidentlərə şirnikləndirir”.

Ekspert bildirib ki, Aİ missiyasının qorxduğu ABŞ Prezidenti Donald Trampın Avroatlantik məkanla bağlı izlədiyi fərqli kursdur:

“Ehtimal ki, Tramp Aİ missiyasının Cənubi Qafqazdakı iştirakına laqeyd yanaşır və bu, Fransanın bölgə siyasətinə mənfi təsirlər göstərir. Paris isə qalıcılıq üçün regionda hərbi eskalasiyaya ehtiyac duymaqla Aİ missiyasını təlimatlandırır.

Digər yandan, hadisələr ABŞ-ın İrana təzyiqlərinin artması, Vaşinqtonla Moskva arasında müzakirələrin irəliləməsi fonunda baş verir.

Paşinyanın sülh mətninin razılaşdırılmasından dərhal sonra Rusiya, Fransa və İran prezidentləri ilə telefon danışığı Ermənistanın ABŞ tərəfindən irəliyə sürülən yeni siyasətə verdiyi reaksiya idi. Buna görə də, sərhəddə toqquşmalar kənar oyunçuların hər birinin marağında ola bilər, lakin İrəvanın manevr etmək üçün sahəsi yoxdur”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri