Icma.az
close
up
RU
BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 30 dekabr-5 yanvarda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Bu barədə qurumdan bildirilib. 

Məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.
Bundan əlavə, bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər etmək olar.
"Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,-məlumatda qeyd edilib.
www.anews.az
seeBaxış sayı:102
embedMənbə:https://anews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri