Icma.az
close
up
RU
Bakıda 15 Temmuzla bağlı TƏDBİR

Bakıda 15 Temmuzla bağlı TƏDBİR

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgül, Səfirliyin əməkdaşları, Milli Məclisin deputatları və digər rəsmilər iştirak edib.

Tədbir Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib ki, Türkiyə dövlət və millət birliyi ilə 15 iyul çevrilişinə cəhd edən FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək:

“Son dövrlərdə təşkilat daxilindən gələn yeni ifşalar da bu qaranlıq və sektaya bənzər quruluşun əsl simasını bir daha açıq şəkildə ortaya qoyub. FETÖ yalnız təbliğatla deyil, gizli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. Unudulmamalıdır ki, bu quruluşun yeganə hədəfi Türkiyə deyil”.

Səfir ilk andan etibarən Türkiyə dövlətinin və xalqının yanında olduğunu ifadə edən Prezident İlham Əliyevə və Azərbaycam xalqına minnətdarlığını bildirib.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə həmin tarixdə baş verənləri Türkiyə dövlətinin və xalqının qəhrəmanlıq salnaməsi adlandırıb:

“O günləri xatırlayıram, Azərbaycan xalqı ayağa qalxmışdı. Xalq və dövlət birliyi yumruq şəklində birləşdi və bu cəhd iflasa uğradı”.

Deputat da öz növbəsində sözügedən proseslər zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyə dövlətinin və xalqının yanında olduğunu qeyd edib.

Daha sonra Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın videomüraciəti nümayiş olunub.

“Bu gün biz FETÖ-nün izlərini dövlətimizdən və ölkəmizdən silmişik. Bu gün Türkiyənin beynəlxalq səviyyədə ekstradisiyasını tələb etdiyi FETÖ üzvləri müxtəlif ölkələrdə yaşayır və bəzi hallarda dəstək görürlər”,- deyə Burhanəddin Duran videomesajında qeyd edib.

Burhanəddin Duran Türkiyənin dostu olan və bu dostluğu qarşılıqlı şəkildə inkişaf etdirmək istəyən bütün ölkələrə çağırış edib:

“Xalqımızın suverenliyini və demokratiyamızı hədəfə alan qurumlara qarşı dostlarımızın bizimlə həmrəylik nümayiş etdirməsini və vəfa hissi ilə davranmasını gözləyirik. Çünki FETÖ yalnız Türkiyəni maraqlandıran milli təhlükəsizlik problemi deyil. Bu təşkilat fəaliyyət göstərdiyi hər bir ölkə üçün açıq təhlükə mənbəyidir. Müxtəlif coğrafiyalarda yaşasaq da, eyni problemlərlə qarşılaşdığımızı dərk etməli və qlobal çağırışlara birgə həll yolları tapmalıyıq”.

Çıxışlardan sonra 15 iyul gecəsi həlak olanların xatirəsi anılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 İyul 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri