Icma.az
close
up
RU
Bakıda çox sayda insanı aldatdı, Makedoniyada tutuldu Milli Qəhrəmanın qohumu da zərərçəkəndir

Bakıda çox sayda insanı aldatdı, Makedoniyada tutuldu Milli Qəhrəmanın qohumu da zərərçəkəndir

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə inandırıb, xeyli sayda şəxsin külli miqdarda vəsaitini mənimsəyən "Smart Business Group" adlı şirkətin təsisçisi Xəlilov Anar Tapdıq oğluna hökm oxunub. 

 Qaynarinfo-nun məlumatına görə, 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş Anar Xəlilovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, 50-yə yaxın şəxsi ABŞ və Türkiyədə ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə onları aldadıb.

Ən çox zərərçəkmiş şəxslər Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetində təhsil almaq üçün pul verən şəxslər olub.


Zərərçəkmişlərdən biri də Milli Qəhrəman Rasim Kərimovun qardaşı oğlu, muğam müsabiqəsinin laureantı Əlfəddin Kərimovdur. Belə ki, təqsirləndirilən şəxs onun və həyat yoldaşı Aşiqə Kərimovanın 85045 manat pulunu mənimsəyib. Anar Xəlilov özünü zərərçəkmişlərə Azər Əliyev kimi təqdim edib. O, Aşiqə Kərimovanı Ondokuz Mayıs Universitetində "Güzel Sanatlar" ixtisasına qəbul etdirəcəyini, həmən pula İstanbul şəhərində ev alacağına söz verib. Amma sonradan cütlük Anar Xəlilovun dələduzluğu əməlinin qurbanı olduğunu anlayıb.


Şimali Makedoniyada tutularaq Bakıya gətirilən Anar Xəlilov məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, pandemiya səbəbindən işləri alınmayıb: 

"Rəhbərlik etdiyim şirkətdə bəzi günlər 30-a yaxın müqavilə bağlayırdım. Pandemiya başladıqdan sonra tələbələrlə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyim üçün bir gün ərzində 270 min dollar pulu geri qaytardım". 

Bildirib ki, özünü Amerikada "Social security" kartı, Türkiyədə yaşayış icazəsi və Kanadada daimi yaşamaq icazəsi var, yəni dələduzluq etmək istəsəydi, həmin pulları alıb, rahatlıqla bu ölkələrə qaça bilərdi.

Məhkəmənin qərarı ilə Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il müddətə azadlıqdan məhrum olunub.

Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri