Bakıda dünyaya gəlmiş İsveç millisinin sabiq üzvü: Azərbaycan klubunda oynamağa hazıram
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hazırda klubsuzam. Düzünü desəm, karyeramı Azərbaycanda başa vurmaq istəyərdim. Ora gəlməyə hazıram. Azərbaycan klublarınının təklifini dəyərləndirə bilərəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında İsveç millisinin sabiq üzvü Jiloan Hamad deyib.
Son olaraq, Honq Konqun “Lee Man” klubunda oynamış “bakılı” Premyer Liqamızda oynamaq gücündə olduğuna inandığın bildirib:
"Hazırda yaxşı formadayam və yaxşı klubda 1 mövsüm oynamaq əyləncəli olardı. Mən Azərbaycanda dünyaya gəlmişəm deyə, bu ölkə hər zaman xüsusidir. Azərbaycandan təklif gələrsə, sevə-sevə bunu düşünüb, qərar verərəm. Əlbəttə ki, özümü bu gücdə hesab edirəm".
Qeyd edək ki, Hamad 1990-cı il noyabrın 6-da Bakıda dünyaya gəlib. O, karyerası ərzində “Forvard”, “Malmö”, “Hoffenhaym”, “Standard”, “Hammarbü”, “İnçeon Yunayted”, “Qoritsa”, “Örebro”, “Əl-Xolod”, “Uthai Thani”, “Zaxo” klublarında oynayıb. Berti Foqtsun zamanında Azərbaycan millisinə cəlb edilmək ehtimalı olmuş Hamad İsveç və İraq yığmalarında oynayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 31 Avqust 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















