Icma.az
close
up
RU
Bakıda kirayə qiymətləri 1400 manatdan 250 manata qədər

Bakıda kirayə qiymətləri 1400 manatdan 250 manata qədər

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bakı şəhərinin 12 rayonu üzrə təqdim olunan rəqəmlər orta statistik göstəricilərdir. Bu isə o demək deyil ki, həmin qiymətlər bütün ərazilər üçün eynidir və ya ondan yuxarı və aşağı təkliflər yoxdur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, rəqəmlər rayonların əhali sıxlığı, iqtisadi potensialı və daşınmaz əmlak bazarının mövcud vəziyyəti nəzərə alınaraq formalaşdırılıb:

№ Rayon Yeni tikili (AZN) Köhnə tikili (AZN) 1 Səbail rayonu 1,400 1,000 2 Nizami rayonu 700 550 3 Xətai rayonu 800 550 4 Yasamal rayonu 700 550 5 Nərimanov rayonu 800 600 6 Nəsimi rayonu 1,000 700 7 Binəqədi rayonu 650 500 8 Suraxanı rayonu 550 450 9 Xəzər rayonu 450 300 10 Sabunçu rayonu 550 400 11 Pirallahı rayonu 300 250 12 Qaradağ rayonu 400 300

"Göründüyü kimi, paytaxtın mərkəzi və daha prestijli hesab olunan rayonlarında kirayə qiymətləri daha yüksəkdir. Tələbin çox olması səbəbindən Səbail rayonu lider mövqedədir. Onu Nəsimi rayonu izləyir. Xətai və Nərimanov rayonları da yüksək göstəricilərlə növbəti sıralarda qərarlaşıb. Daha sonra Nizami və Yasamal rayonları gəlir.

Ən aşağı kirayə qiymətləri isə Qaradağ və Pirallahı rayonlarında qeydə alınır. Bu, həmin ərazilərdə əhali sıxlığının az olması, iqtisadi və sosial infrastrukturun tam formalaşmaması, eləcə də kirayə mənzillərə tələbin digər rayonlarla müqayisədə aşağı olması ilə bağlıdır.

Bununla yanaşı, bəzi "orta seqment" rayonlarda yaxın illərdə ciddi infrastruktur dəyişiklikləri planlaşdırılır. Yeni metro stansiyalarının açılması, tramvay xətlərinin çəkilməsi, köhnə tikililərin sökülərək ərazilərin yenidən qurulması və parkların salınması kimi layihələr Bakı şəhərinin 2040-cı il inkişaf planına uyğun həyata keçiriləcək. Bu dəyişikliklər həmin rayonları daha cəlbedici edəcək və nəticədə kirayə bazarında da qiymət artımına təsir göstərə bilər".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Fevral 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri