Bakıda küləkli havaya dair sarı XƏBƏRDARLIQ
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə avqustun 26-29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Ağdam, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Qobustan, Şirvan, Salyan, Neftçala, Beyləqan, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. pizza

