Bakıda mal əti adı ilə at ətindən dönər hazırlanan müəssisə AŞKAR EDİLDİ
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Buzovnada çiy dönər və toyuq əti emalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, mənşəyi məlum olmayan 6 min 159 kiloqram dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kiloqram toyuq filesi, 360 kiloqram toyuğun bud hissələri aşkarlanıb.
Yoxlama zamanı "AL-ASR" əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laboratoriya müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.
Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















