Buzovnada insanlara satılan dönər at ətindən imiş: FQ Foodex MMC İFŞA EDİLDİ
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Bildirilib ki, "FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib.
Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.
Yoxlama zamanı "AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.
7news.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 08 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















