Icma.az
close
up
RU
Bakıda maraqlı hadisə: Həbs ediləcəyini bilən şəxs məhkəməyə narkotiklə gəlib

Bakıda maraqlı hadisə: Həbs ediləcəyini bilən şəxs məhkəməyə narkotiklə gəlib

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Həbs ediləcəyini bilən şəxs məhkəməyə alt paltarında narkotik vasitə gətirib. Bu maraqlı hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 53 yaşlı Qalib Abbasov külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən ərəfədə Qalib Abbasov həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmə proseslərinə evdən gəlib-gedən Qalib Abbasov həbs ediləcəyini bildiyi üçün sonuncu prosesə "hazırlıqlı" gəlib. Narkotik istifadəçisi olan Qalib Abbasov həbs ediləcəyi halda cəzaçəkmə müəssisəsinə aparmaq məqsədilə əldə etdiyi narkotiki alt paltarına tikdiyi gizli cibin içərisinə yerləşdirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və barəsində həbs qətimkan tədbiri seçilən Qalib Abbasov Penitensiar Xidmətin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına aparılıb.

Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Qalib Abbasovun üzərinə baxış keçirilən zaman əynindəki alt paltarının iç tərəfini tikilmiş kustar cibdə narkotik aşkarlanıb.

Baxış zamanı onun üzərindən 5,6 qram narkotik vasitə heroin, 1,5 qram şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamin və 5 ədəd metadon həbləri aşkar edilib.

Qalib Abbasov ifadəsində ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini bildirib. O həmçinin qeyd edib ki, həbsxanaya keçirmək istədiyi narkotik vasitə onu sadəcə bir həftəlik vaxt üçün görəcəkmiş.

Bu əməlinə görə isə Qalib Abbasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəl aldığı 6 il 6 ay həbs cəzası ilə yeni cəzası birləşdirilib. Onun üzərində qəti olaraq 7 il həbs cəzası saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri