Bakıda maşın skuter sürən azyaşlı qızı vurub öldürdü
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva və R.Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirlinin verdiyi məlumatda isə bildirilir ki, sözügedən ərazidə hərəkət edən “Mersedes” markalı avtomobilin hərəkətdə olan skuteri vurması nəticəsində skuter sürücüsü azyaşlı Ülviyyə Əhmədova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Baxış sayı:73
Bu xəbər 31 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















