Icma.az
close
up
RU
Bakıda metro tikintisinə dair maraqlı təklif: 10 stansiya bu ərazilərdə salınsın!

Bakıda metro tikintisinə dair maraqlı təklif: 10 stansiya bu ərazilərdə salınsın!

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyev mətbuata dünənki müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi barədə məlumat verdi. Özü də qeyd etdi ki, həmin 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır”.
Modern.az xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib,
“Dəfələrlə vurğuladığımız kimi, paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz (yəni qəzasız, ölüm-itimsiz) yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir”, - Ə.Hüseynov vurğulayıb.
 

Ə.Hüseynovun sözlərinə görə, 10 yeni metro stansiyaslnın harada tikiləcəyi barədə dəqiq məlumat açıqlanmasa da, Bakının baş planını və metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda, həmin stansiyalara harada daha çox zərurət olduğunu demək olar:

“Düşünürəm ki, Bakı metropolitenində ən zəruri işlər bunlardır:

1. Yaşıl və Qırmızı xətlərin ayrılması (yəni “Dərnəgül” stansiyasından gələn qatarların “28 May” satansiyasına deyil, “Cəfər Cabbarlı” satansiyasına və oradan “Xətai” satansiyasına keçməsinin təmin olunması);

2. “Dərnəgül” deposunun tikilməsi;

3. Yaşıl xəttin “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə yeni stansiyalarının və “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına tərəf yeni stansiyalarının tikilməsi və bundan sonra yaşıl xəttin dairəvi sxeminin təmin edilməsi;

4. Bənövşəyi xəttin mərkəzə doğru tikintisinin davam etdirilməsi (C.Məmmədquluzadə küçəsindəki stansiyanın açılışı və ondan sonrakı stansiyaların tikintisi), bu xəttin Xırdalan istiqamətinə uzadılması (Bakının baş planında bu nəzərdə tutulurdu, amma plan dərc ediləndən sonra onu hazırlayanlar bunu təkzib etdilər);

5. Qırmızı xəttin “İçərişhər” stansiyasından sonra Badamdar istiqamətində, “Həzi Aslanov” stansiyasından isə Zığ istiqamətinə inkişafı və s.».
 

Ə.Hüseynov deyib ki, Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamlıdır:
“Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır (Bakının baş planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır, yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir). Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə, Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri