Bakıda mühüm forum: Prezident açılış nitqini söyləyəcək
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
XIII Qlobal Bakı Forumu fəaliyyətə başlayır, Prezident İlham Əliyev açılış nitqini söyləyəcək.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında bildirib.
O qeyd edib ki, forum bugünkü dünya üçün olduqca aktual bir mövzuya həsr olunub və bu, beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi bir dövrə təsadüf edir.
"Dünyanın bir çox yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı bir vaxtda belə beynəlxalq konfransda təxminən 400 iştirakçının bir araya gətirilməsi əhəmiyyətli səylər və koordinasiya tələb edir. Bu tədbirin uğurla təşkil olunması və dialoq və müzakirə üçün platforma yaradılması çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir.
Bu tədbir eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycana regionun diplomatik mərkəzlərindən biri kimi göstərdiyi etimadı da əks etdirir", - Hikmət Hacıyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Mart 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















