Icma.az
close
up
RU
Bakıda nişana hazırlaşan oğlanı öldürdülər Dedim ki, ayə bura yaşayış yeridir, söyüş söyməyin

Bakıda nişana hazırlaşan oğlanı öldürdülər Dedim ki, ayə bura yaşayış yeridir, söyüş söyməyin

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi və çağırılması nəzərdə tutulan şahidlər ifadə verib .

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə öz suallarını ünvanlayıb.

Təqsirləndirilən şəxs sualları cavablandırarkən  əməlindən peşman olduğunu bildirib: "O gün üstümdə 2 bıçaq var idi. Bıçaqlardan birini yerdən tapmışdım. Qarşı tərəf  8 nəfər idilər və onlar aralarında nalaiq ifadələr işlədirdilər. Konkret olaraq kimisə söydüklərini eşitmədim. Mən bu söyüşlərə qarşı öz iradımı bildirdim və dedim ki, "ayə" bura yaşayış yeridir, ailələr keçir, söyüş söyməyin. Bundan sonra onlar üstümə tökülüşüb məni təklədilər. Yanındakılar bizi ayırmağa çalışırdı. Onlar məni öldürmək istəyirdilər. Onları yox, məhz onlar məni öldürmək istəyirdilər. Onlar hadisə başlayandan sona kimi məni döydülər və başımdan zərbə almışdım. Mən onların qarşısında əlacsız qalıb bıçağımı çıxardım və  Ümidə 1 dəfə zərbə endirdim. Məqsədim  sadəcə özümü müdafiə etmək idi. Əgər həqiqtən mən Ümidi məqsədli şəkildə  öldürmək istəsəydim, ona  bıçaqla 1-dən çox  zərbə endirərdim. İstəməzdim nə Ümidin, nə də mənim ailəm gözü yaşlı qalsın".

Təqsirləndirilən şəxs əlavə olaraq qeyd edib: "Mən söyüş söyməyin dediktdən sonra qarşı tərəfdən Adil adlı şəxs qaça-qaça gəlib   yumruqla sifətimdən və başımdan vurdu, huşumu itirdim və dava bu şəkildə başlamışdı. Mən Ümidi vurduğdan sonra onlar arxaya çəkildilər və mən də 32 nömrəli məktəblə üzbəüz məhləyə qaçdım. Tanışımın evinə getdim, sonra dostlarım da o evə gəldi. Mən bilmirdim nə etmişəm, çox həyəcanlı idim. Dostlarıma dedim ki bəs belə bir iş törətdim.Onlar Ümidi öldürdüyümü görmədiklərini və onlar bu əməlimə görə mənə irad bildirdilər. Sonra mən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təslim olmağa getdim".

Zərərçəkənin hüquqi varisi Soltanov Hikmət ifadəsində bildirib ki, Ümidin zərərli \işlərlə məşğul olmayıb: "O ğlum Azərbaycan Memarlıq  və İnşaat Universitetinin  1-ci kurs tələbəsi idi.  Dərslərini  yaxşı oxuyurdu, savadlı oğlan idi. Oğlumun xəyalları, arzuları var idi. Onun kənddə pis əməli olmayab. Amma  Həsən kimi pis şagirdən qurtulduğları üçün müəllimləri əlini göyə açıb şükür edir. Anam şəkər xəstəliyi tapıb, mənim də psixologiyam pozulub. Axı oğlumun nişanı olacaqdı. Mən  indi oğlumun qəbrinə baxıb ağlamağla təsəlli tapıram".

Zərərçəkənin hüquqi varisi onu da qeyd edib ki, hər kəsin dava edir, hər kəsin sözü çəp gəlir. Onda gərək hər dalaşan əlinə bıçaq alsın?  
Şikəst edərdin, gözünü qaraldardın, bıçağla ayağına vurardın, döyərdin. Sən bıçaq gəzdirmisən özünlə, sən qatil böyümüsən".

Zərərçəkən İsmayılov Adil ifadəsində bildirib ki, hadisə zamanı 8 nəfər olmayıblar: "Biz 6 nəfər olmuşuq.Toğrul ilə zarafatlaşan zaman yüksək səslə pis sözlər demişik. Mən içkili idim. Məqsədim vurmaq olmayıb".

Növbəti proses iyulun 16-na təyin olunub.

Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il noyabrın 16-da saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb.

Həsən Kazımov ərazidə yerləşən kafeya daxil olmaq istəyərkən orada dayanıb öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışan Ümid Soltanov, Adil İsmayılov və digərlərinə öz iradını bildirib. Bu zaman Adil İsmayılov və Ümid Soltanovla mübahisə edərək əlbəyaxa olublar. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.

Həsən Kazımov məhkəmədə ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək baş verən hadisəni 8 nəfərin onun üzərinə gəlməsinə görə törətdiyini deyib. 
Təqsirləndirilənin vəkili isə öz növbəsində müvəkkilinin ittiham olunduğu maddələrin düzgün tövsif olunmadığını bildirib.

Xatırladaq ki, baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, 221.3 və 228.4  maddələri ilə ittiham olunub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 İyul 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri