Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bakıda Pyotr, Stalin təhlükəsi Rusiya təkcə qonşu ölkə deyil, həm də...

Bakıda Pyotr, Stalin təhlükəsi Rusiya təkcə qonşu ölkə deyil, həm də...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son 2 aydır Rusiya ilə Azərbaycan arasında gərginlik yaşanır. Buna səbəb 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasıdır. “Embraer” tipli hava gəmisi Çeçenistan səmasında rus hərbçilər tərəfindən vurulduqdan sonra enişinə icazə verilməyib. Ekipaj Aktau şəhərinin aeroportuna istiqamətlənib, lakin bura az qalmış qəza enişi edib. Nəticədə 38 sərnişin həlak olub.

Bu hadisədən sonra Rusiya ilə bağlı ritorika xeyli sərtləşdi. Azərbaycan dövləti və  cəmiyyəti şimal qonşumuzun ünvanına kəskin bəyanatlar səsləndirdi. Ölkəmizdə fəaliyyət göstərən Rusiyaya aid medianın, ictimai təşkilatın yerli ofisləri bağlandı.

Gərginlik fonunda rus dilində təhsil də gündəm oldu. Rus dilində məktəblərin sayının çoxluğu, bu dildə təhsil alanların milli dəyərlərdən uzaq olduğu iddiaları səsləndirildi.

Kinorejissor Ayaz Salayevin məlum açıqlamasından sonra müzakirələr daha da qızışdı. A.Salayevin “Azərbaycan dilinə təhlükə türk dilindən gəlir, rus dilindən yox” fikri isə yanan ocağa benzin tökmüş oldu.

A.Salayev və onun kimi düşünənlər iddia edirlər ki, rus dilində təhsil alan azərbaycanlılar Azərbaycan bölməsində oxuyanlardan daha dünyagörüşlü və savadlı olurlar.

Globalinfo.az-a danışan rus bölməsində təhsil almış politoloq Əhəd Məmmədlinin fikrincə, burada söhbət hansı sektorun savadlı, hansının savadsız olmasından getmir. Onun sözlərinə görə, əslində, dövlət hansına daha çox diqqət yetirirsə, istər-istəməz o sektor cəlbedici olur:

“Bəli, rus bölməsi Azərbaycan bölməsindən cəlbedici görünür. Bu, faktdır və bunu inkar etmək olmaz. Lakin türk liseylərinin də rus sektorlarından üstün olduğunu deyə bilərik. Burada məsələ yalnız təhsilin səviyyəsində deyil, həm də reklam və göstəricilərdədir. Son zamanlar Azərbaycan bölmələri rus bölmələrindən daha çox bal toplayır”.

Əhəd Məmmədli

Politoloq deyib ki, məsələyə müxtəlif aspektdən yanaşmaq olar:

“Fikrimcə, rus bölməsinin yaxşı, savadlı görünməsinin səbəbi bu dildə ədəbiyyatın daha böyük olması ilə əlaqədardır. Kitabxanada dünya ədəbiyyatı axtarsaq, görərik ki, ana dilimizdə yox, rus dilində nəşrlər olduqca çoxdur. Təəssüf ki, Azərbaycan türkcəsində tərcümələr azdır. Bizim öz dilimizdə olan kitabların sayı ən azı rus dilində olan kitab sayı qədər olsa, uşaqlar arasında savadlılar artar. Bilirsiniz, bir növ dövlətin özü də rus bölməsinin savadlı görünməsində maraqlıdır. Məncə, dövlət yatırımı rus, ingilisdilli, türk kolleclərinə yox, Azərbaycan bölmələrinə etsə, hər şey başqa olar. O zaman elə ən savadlı, bilikli uşaqların Azərbaycan sektorunda olduğunu görərik”.

Şair, yazıçı Aqşin Evrənin fikrincə, rus sektorunda təhsilin daha yaxşı olması haqda deyilənlər mübahisəlidir:

“Əvvəla, savadlı fərdlərin yetişməsində məktəblərin rolunun az olduğunu düşünürəm. Məsələn, ucqar kənd məktəbində təhsil almış adamlar tanıyıram ki, ən yüksək balla ən yaxşı ixtisaslara qəbul olub, dövlət orqanlarında çalışırlar. Eləcə də Bakıda rus sektorunu bitirib, bank kartının üzərindəki rəqəmlərdən başqa heç nə oxumayan insanlar da tanıyıram. Bu baxımdan birmənalı hökm vermək yanlışdır”.

A.Evrən deyib ki, ümumiyyətlə, rus sektoru ilə bağlı məsələdə problem ideolojiləşmədir:

“Rus sektoru şagirdlərə elmi-bədii-analitik təfəkkürü aşılamalıdır, ideoloji deyil. Bu sektoru bitirən şagirdlərimiz Mendeleyev, Tolstoy, Lomonosov zəkası ilə düşünməlidirlər, Pyotr, Yekaterina, Stalin zehniyyəti ilə yox. Rusiya təkcə qonşu deyil, həm də bu ölkə ilə bir neçə əsrlik bağlarımız var. Amma bu, yenə də rus dilinə xüsusi status verməyimiz mənasına gəlməməlidir. Azərbaycanda rus dili ingilis dili statusuna qayıtmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri