Icma.az
close
up
RU
Bakıda qadın evli sevgilisi üçün bankdan 27 min kredit götürdü, kişi fırıldaq çıxdı

Bakıda qadın evli sevgilisi üçün bankdan 27 min kredit götürdü, kişi fırıldaq çıxdı

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bakıda qadına qarşı dələduzluq edilib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, 39 yaşlı Zabil 2 il əvvəl Günel adlı xanımla tanış olub. Tanışlıqdan sonra o, iki uşağı olan, subay Günelə zənglər edərək, ondan xoşu gəldiyini və sevgili olmaq istədiyini deyib.

Daha sonra yaranan münasibətlər zamanı Zabil qadının Mingəçevirdə işlədiyini öyrənib və ona elçi göndərəcəyini bildirib. Qadın kişinin sözlərini ciddiyə alaraq, tam inanıb. Belə olduqda, Zabil Günelin pullarını ələ keçirməyə çalışıb və özünün xərçəng xəstəsi olduğu barədə qadını inandırıb. O, Almaniyada əməliyyat olunması adı ilə Güneldən ayrı-ayrı vaxtlarda ümumilikdə 27 min 55 manat pul alıb. Məlumata görə, Günel hətta Zabilə pul verməkdən ötrü bankdan kredit də götürüb.

Bir müddət sonra qadın kişiyə zəng edərək, verdiyi pulu geri istəməyə başlayıb. Lakin Zabil hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Sonuncu zəng zamanı Zabil əsl kimliyini açıqlayıb. O, evli və övladlarının olduğunu, həmçinin əslində xərçəng xəstəsi olmadığını Günelə deyib. Bunu görən zərərçəkən pullarını bir daha geri istəyib, əks halda polisə şikayət edəcəyini bildirib. Daha sonra isə Günel Z.Mirzəyevi polisə şikayət edib.

Nəticədə, o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəyev 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri