Icma.az
close
up
RU
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb

Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nəticələr daşınmaz əmlak bazarında vahid qiymət trendinin formalaşmadığını göstərir.

Bazar üzrə əsas xüsusiyyət qiymət və likvidliyin aktivin təyinatı, lokasiyası, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq fərqlənməsidir. İyulda artım əsasən torpaq və yeni tikili mənzillərdə, korreksiya isə kommersiya obyektləri, qarajlar və müəyyən icarə seqmentlərində müşahidə olunub.

İyulda ən yüksək qiymət artımı Bakı şəhərinin torpaq bazarında qeydə alınıb. AQP torpaq indeksi aylıq 4 %, 2025-ci ilin dekabr baza dövrünə nisbətən isə 22,8 % artaraq 122,8 bəndə çatıb. Median qiymət 16 371,5 manat/sot, orta qiymət 18 817 manat/sot, orta çəkili qiymət isə 12 276 manat/sot təşkil edib. Orta və median göstəricilər arasındakı fərq premium və kommersiya potensiallı sahələrin bazar qiymətlərinə təsirini, orta çəkili qiymətin aşağı olması isə iri sahələrin daha aşağı vahid qiymətlərlə təklif edilməsini göstərir. Median satış müddəti 27,9 gün, orta müddət 35,8 gün olub. İlkin elan qiyməti ilə faktiki sövdələşmə arasındakı 10,6 %-lik indikativ diskont isə tələbin yüksək qalmasına baxmayaraq, əməliyyatların müəyyən qiymət güzəşti ilə bağlandığını göstərir.

Yeni tikili mənzillər iyulda satış bazarının ən likvid seqmenti olaraq qalıb. AQP indeksi aylıq 1,7 %, baza dövrünə nisbətən 6,5 % yüksələrək 106,5 bənd təşkil edib. Median qiymət 2 812,5 manat/m², orta qiymət 2 851 manat/m², orta çəkili qiymət isə 2 836 manat/m² olub. Göstəricilərin bir-birinə yaxınlığı qiymət strukturunun nisbətən sabit olduğunu göstərir. Median satış müddətinin 20,6 gün olması yüksək likvidliyə, 6,6 %-lik diskont isə alıcı və satıcı gözləntiləri arasındakı qiymət fərqinin nisbətən məhdud qalmasına işarə edir.

Köhnə tikili mənzillərdə qiymət dinamikası daha sabit xarakter alıb. AQP indeksi iyunla müqayisədə 0,2 % azalaraq 103,8 bəndə düşsə də, baza dövründən 3,8 % yüksəkdir. Median qiymət 2 616,7 manat/m², orta qiymət 2 627,8 manat/m², orta çəkili qiymət isə 2 575,4 manat/m² təşkil edib. Median satış müddəti 26,1 gün, indikativ diskont isə 5,4 faiz olub. Sonuncu göstərici satış bazarında ən aşağı diskont səviyyəsinin bu seqmentdə formalaşdığını göstərir. Bu nəticə hazır infrastruktura və istifadəyə hazır mənzillərə olan tələbin qiymət gözləntilərini nisbətən sabit saxladığını ehtimal etməyə imkan verir.

Fərdi yaşayış evləri üzrə indeks aylıq 3,4 faiz azalaraq 101,1 bənd təşkil edib. Median satış müddəti 33,9 gün, indikativ diskont 8,3 % olub. Qiymət dinamikasında elan portfelinin strukturunun, xüsusilə periferik və daha aşağı büdcəli obyektlərin payının dəyişməsinin təsiri nəzərə alınmalıdır. Kommersiya obyektləri satış bazarında isə ən kəskin korreksiya qeydə alınıb. AQP Kommersiya İndeksi aylıq 7,5 % azalaraq 97,0 bəndə düşüb. Median qiymət 2 828,6 manat/m², orta qiymət 3 048,7 manat/m², orta çəkili qiymət isə 2 220,8 manat/m² olub. Göstəricilər arasındakı ciddi fərq kommersiya bazarının obyekt ölçüsü, təyinat və lokasiya baxımından yüksək heterogenliyini əks etdirir. İndikativ diskontun 9,8 %-ə yüksəlməsi qiymət gözləntiləri ilə faktiki bazar şərtləri arasında fərqin genişləndiyini göstərir. Qaraj bazarında da oxşar korreksiya müşahidə olunub: AQP indeksi 5,1 % azalaraq 105,0 bənd təşkil edib, diskont isə 12,8 %-lə satış seqmentləri üzrə ən yüksək göstəriciyə çatıb.

İcarə bazarında dinamika seqmentlər üzrə fərqlənib. Yeni tikili mənzillərin kirayə indeksi aylıq 3,2 % azalaraq 97,8 bəndə, median icarə haqqı isə 10,59 manat/m²-ə düşüb. Median icarəyəvermə müddətinin 23,7 gün olması satış bazarındakı yüksək likvidliklə müqayisədə daha balanslı tələb-təklif şəraitinə işarə edir. Fərdi yaşayış evlərinin kirayə indeksi 1,8 % azalsa da, 109,5 bənddə yüksək olaraq qalıb. Bu dinamikanın yay mövsümündə bağ evləri və premium villaların təklif strukturunda artan çəkisi ilə qismən əlaqəli olması mümkündür. Kommersiya obyektlərinin icarə indeksi isə 7,4 faiz azalaraq 97,1 bəndə düşüb. Median icarə haqqı 14,81 manat/m², median icarəyəvermə müddəti 11,3 gün, indikativ diskont isə 10,5 % olub. Qısa icarəyəvermə müddəti tələbin mövcudluğunu, yüksək diskont isə müqavilələrin daha çox bazar şərtlərinə uyğunlaşdırılmış qiymətlərlə bağlandığını göstərir.

İyul göstəriciləri daşınmaz əmlak bazarında sistemli və vahid istiqamətli hərəkətdən çox, seqmentlər üzrə fərqli qiymət və likvidlik dinamikasının formalaşdığını göstərir. Torpaq və yeni tikili mənzillər hazırda kapital axınının və tələbin daha güclü olduğu istiqamətlər kimi seçilir. Köhnə tikililərdə qiymət sabitliyi və aşağı diskont, kommersiya və qaraj bazarında isə daha yüksək qiymət çevikliyi diqqət çəkir.

Növbəti aylarda torpaq və yeni tikili mənzil seqmentlərində artım tempinin müəyyən qədər səngiməklə davam etməsi, köhnə tikililərdə isə qiymətlərin əsasən mövcud diapazonda qalması daha real ssenari kimi görünür. Kommersiya və qaraj seqmentlərində qiymətlərin faktiki gəlirlilik göstəricilərinə daha həssas olması, fərdi evlərin icarə bazarında isə yay mövsümünün başa çatması ilə təklif strukturunun dəyişməsi gözlənilir.

Xatırladaq ki, AQP dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır. (Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Avqust 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri