Icma.az
close
up
RU
Bakıdakı məhkəmədə səslənən etiraflar Ermənistan hakimiyyətini ittiham altına sala bilər RƏY

Bakıdakı məhkəmədə səslənən etiraflar Ermənistan hakimiyyətini ittiham altına sala bilər RƏY

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paşinyanın qorxuları...


Hətta Ermənistanın dəhşətli cinayətlərinə dair çoxsaylı faktların ortaya çıxması da gözləniləndir


Hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyan Gəncəni vurmaq qərarını vermədiyini, bu qərarı verməyə səlahiyyətinin belə çatmadığını məhkəmədə etiraf edib. O, 44 günlük müharibə zamanı Gəncənin vurulmasını özünün əmr etdiyi barədə yaydığı videonu yada salaraq, bu videonun çəkilmə səbəbi haqda istintaqa ifadəsində danışdığını bildirib. Eyni zamanda, bu hadisəyə görə Azərbaycan xalqından üzr istəyib. Ermənistan Baş naziri Nikol Paşinyan dolayısı ilə bu məsələyə toxunub. Baş nazir iddia edib ki, guya, regional gərginliyi qızışdırmağa yönəlmiş ifadələr almaq üçün bu insanlara qarşı psixikaya təsir edən "qadağan olunmuş narkotiklərdən istifadə olunur". Paşinyana görə, bu məhkəmə Ermənistana qarşı istifadə edilir. Ekspertlərə görə, bunu əslində, Paşinyanın etirafı da adlandırmaq olar. Çünki indi olduğu kimi, müharibə zamanı da Ermənistan silahlı qüvvələrinin ali baş komandanı Paşinyan olub

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın ittihamlarını cavabsız qoymayıb. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, bu iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür: “Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib. Ermənistan tərəfindən belə bir bəyanatın verilməsinin, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər əsəbi olduğunu nümayiş etdirdiyi aydındır. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan baş nazirinin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma "müstəqillik" münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması, siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir”.


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, N.Paşinyan ilk dəfədir ki, Qarabağda həbs edilən bu dəstə haqqında “müdafiə” xarakterli çıxış edib və “onları rəqibim hesab etmirəm” deyib. Ekspertin fikrincə, əslində, Araik Arutyunyan və digərlərinin həbs olunması və Xankəndidən İrəvana qayıtmaması indiyə qədər Paşinyana sərf edib: 

seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Yanvar 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri