Icma.az
close
up
RU
Bakıdan mühüm həmlə: hazırlıq başladı İki qardaş ölkə ilə…

Bakıdan mühüm həmlə: hazırlıq başladı İki qardaş ölkə ilə…

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 29-da Türkiyənin Ankara şəhərində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü baş tutub. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.
Ümumiyyətlə, həm Özbəkistan, həm də Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan müttəfiqləridir. İki ölkə ilə bir çox sahədə yüksək səviyyədə münasibətlər var. Münasibətlər inkişaf etsə də mövcud geosiyasi vəziyyətdə sınaqdan keçə, pozulma cəhdlərinə məruz qala bilər.
Məsələn, Türkiyə-Azərbaycan münasibətlərinin pozulması üçün yaxın zamanlarda kənar qüvvələrin cəhdləri oldu, lakin baş tutmadı. Özbəkistanla bənzər hal yaşanmasa da, Rusiya faktoru gələcəkdə bunun olma ehtimalını gücləndirir. Neqativ halların olmaması üçün üç ölkənin birlikdə hərəkət etməsi vacibdir.
Özbəkistan-Türkiyə-Azərbaycan müttəfiqliyi həm də Xəzər, Qara və Aralıq dənizləri regionlarının birləşməsi deməkdir. Bundan başqa, bu üçlüyün ortaq hərəkəti “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin reallaşması anlamına gəlir.
C.Bayramov çıxışında Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi imkanlarından danışıb, yenidənqurma işlərində qardaş Türkiyə və Özbəkistanın dəstəyini təqdir edib. Bu həm də onu deməyə əsas verir ki, Bakı Orta Dəhlizin imkanlarını Özbəkistan və Türkiyə ilə bölüşmək, buranı tarixi türk qovşağına çevirmək istəyir.
Türkiyə-Azərbaycan-Özbəkistan üçlü gündəliyinə salınan digər məsələlər isə bunlardır:
1. Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafı;
2. Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsində əldə olunan atəşkəs və ona riayət olunmasının əhəmiyyəti;
3. İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun şəkildə “iki dövlət prinsipi” əsasında həllini tapması;
4. Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilməsi səylərinə qardaş Türkiyə ilə birgə dəstək verilməsi;

Görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb. Bəyannamədə aşağıdakı məqamlar qeyd olunub:
1. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub;
2. İqisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd olunub;
4. Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb;
5. Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikləri çərçivəsində oynadığı rolu təqdir edib;
Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” əsasında həllini tapmasının vacibliyi qeyd olunub.

Nəticə etibarilə Özbəkistan-Azərbaycan-Türkiyə əməkdaşlığı regionda formalaşan üçtərəfli ittifaqa çevrilir. Ankara Bəyannaməsi ittifaq öncəsi hazırlıq kimi xarakterizə edilə bilər. Bu baş tutarsa, gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq xartiya da qəbul edilə bilər.

Politoloq Turan Rzayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri