Icma.az
close
up
RU
Bakının mərkəzində daha bir tikinti şirkətilə sakinlər arasında qalmaqal

Bakının mərkəzində daha bir tikinti şirkətilə sakinlər arasında qalmaqal

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının mərkəzində söküntü işləri aparan daha bir şirkətlə sakinlər arasında qalmaqal yaşanır. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yaşayan bir qrup sakin evlərindən çıxmaq istəmədiklərinə görə məhkəməyə verilib.

Bizimyol.info xəbər verir ki, “Lux Residence” MMC rəhbərliyi şirkətlə razılaşmayan sakinlərin məcburi şəkildə evlərindən çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırıb.

Şirkət iddia edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2020-ci ildə imzaladığı sərəncamla 4.20 hektar torpaq sahəsində (icarə əsasında) yaşayış binaları və qeyri-yaşayış sahələrinin tikintisi üçün “Lux Residence” şirkətinə icazə verilib. Həmin 4.20 hektarlıq ərazi paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşir.

Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Layihə İnstitutunun - “Azərdövlətsənayelayihə”nin mütəxəssislərindən də rəy alınıb ki, ərazidəki evlər uzun müddət təmirsiz istismar edildiyinə görə köhnəlib və fiziki aşınmaya məruz qalıb, əsas divarlarda çatlar var, kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir.

Sərəncama əsasən, oradakı köhnə tikililərin sökülməsi, sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi məsələsi “Lux Residence” MMC-yə həvalə olunub.

Şirkət iddia edir ki, 250-dən artıq sakinlə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlanıb. “Lux Residence” öz üzərinə sökülən evlərin əvəzinə yeni binalar tikib, sakinlərə sahib olduqları evlərin əvəzinə o binalarda təmirli mənzillər verməyi, o vaxta qədər onları kirayə haqqı ilə təmin etməyi öhdəsinə götürüb.

“Tikilməli olan yeni binaların əksəriyyəti tamamlanıb. Lakin razılığa gəlməyən bəzi sakinlərə görə layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmayıb”, - şirkət məhkəməyə iddia ərizəsində yazıb.

Məhkəməyə verilən narazı sakinlərdən biri deyir ki, əgər evindən çıxarılırsa, əvəzində ədalətli kompensasiya istəyir. O, şirkətin iddia tələbini qətiyyən qəbul etmədiyini bildirib və məhkəmədən onun rədd edilməsini xahiş edib: “Mən doğulandan həmin evdə yaşayıram. Anam da mənimlə birlikdə yaşayırdı. Anam vəfat edəndən sonra o evə faktiki mən sahiblik etmişəm”.

Yeni binada mənzil razılaşmasına “yox” deyən sakinlər illərlə kirayə qalıb, onlara veriləcək evlərin tikintisini gözləmək istəmir. Deyirlər ki, “yeni binada mənzil veriləcək” vədi ilə evindən çıxarılan və 10 ilə yaxındır gözləyən insanlar var. Onların vəziyyətinə düşmək istəmirlər.

Sakinlərin evlərindən məcburi çıxarılması ilə bağlı şirkətin müxtəlif mənzil sahiblərinə qarşı qaldırdığı iddialara Yasamal Rayon Məhkəməsində baxılıb. Sakinlərin etirazlarına baxmayaraq, məhkəmə şirkətin iddiasını təmin edib. Bəzi sakinlərə onların tələb etdiyi məbləğdən daha aşağı kompensasiya, bəzilərinə isə tikiləcək binada mənzil verilməsi əvəzində evlərindən məcburi çıxarılmalarına qərar verilib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri