Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa etdi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Oman millisində baş məşqçi dəyişikliyi baş verib.
QOL.az xəbər verir ki, Oman Futbol Federasiyası portuqaliyalı Karluş Keyroşla yolların qarşılıqlı razılıq əsasında ayrıldığını açıqlayıb.
Bundan dərhal sonra komandanın yeni baş məşqçisinin mərakeşli Tarik Sektioui olduğu elan edilib. Bildirilir ki, Keyroş regional qeyri-sabitlik səbəbindən istefa verib.
2025-ci ilin yayından komandaya rəhbərlik edən mütəxəssis Oman millisi ilə 11 oyunda 3 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət əldə edib. Onun dövründə komanda həm ərəb kubokunda qrupda qalıb, həm də DÇ-2026-ya vəsiqə qazana bilməyib.
Yeni baş məşqçi Sektioui isə Mərakeş yığması ilə ərəb kubokunu qazanıb və Paris-2024 Olimpiadasında bürünc medal əldə edib.
Qeyd edək ki, Oman millisi hazırda 2027-ci il Asiya Kubokuna hazırlaşır.
Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyətə görə, Oman milli komandası ölkəmizdə keçirilən FİFA Series-2026 turnirində iştirak edə bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 22 Mart 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















