Icma.az
close
up
RU
Bakıya gələcək yeni avtobuslarla bağlı qeyri müəyyənlik Qiymətlər...

Bakıya gələcək yeni avtobuslarla bağlı qeyri müəyyənlik Qiymətlər...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

BakuBus MMC-nin yeni avtobuslar alacağı ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə bəzi suallar doğurub.

Hurriyyet.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadiyyatçı ekspert Asif İbrahimli bildirib ki, hər hansı bir dövlət hesabatının həyata keçirilməsi üçün BakuBus MMC hökumət tərəfindən təsis olunur və bu proseslər müəyyən mərhələlərdən keçir:

“Əvvəllər bu məsələlərə Bakı Şəhər İcra Hakimiyyəti baxırdı. Dövlət hesabatları həyata keçirilən zaman ümumi bir hesabat hazırlanır. Bir neçə tədarükçüdən qiymətlər alınır və ən azı 3 fərqli iqtisadçı ilə məsləhətləşdikdən sonra razılaşma aparılır. Söhbəti gedən avtobusların alışı həyata keçiriləcəksə, təyin olunan qiymətlər hələlik təxmini hesab olunur. Nəzərdə tutulan rəqəm yalnız danışıq aparılan təşkilat öz qiymətini təqdim etdikdən sonra məlum ola bilər”. Toyuqlu pizza

Ekspert yeni nəqliyyat vasitələrinin seçimində beynəlxalq standartlara uyğunluğun əsas götürüldüyünü bildirib:

“Sərnişin daşıma sahəsində yeni, müasir və beynəlxalq standartlar mövcuddur. Bu standartlara uyğun gələn avtobuslar Bakı şəhərinə uyğunlaşdırılmalıdır. Hacıqabulda istehsal ediləcəyi deyilən avtobusları biz hələ görməmişik. Nə formadadır, nə nümunəsi var. Ən azından etalon olmalıdır ki, ona baxaraq fikir bildirə bilək. Olmadığına görə də bu barədə danışmaq mümkün deyil. Mən də bu haqda eşitmişəm, məlumatlıyam, amma istehsal hələ başlamayıb, mən özüm görməmişəm”.

O, hazırda Bakıda istifadə olunan avtobusların idxal mənbələri barədə də məlumat verib:

“İlkin mərhələdə avtobuslar Fransadan gətirilmişdi, daha sonra isə Türkiyə, Gürcüstan və Çindən idxal edildi. Ümumilikdə 600-dən çox avtobus gətirildi. Qarajlarda avtobusların park olunması üçün yer kifayət etmirdi, əlavə qaraj istifadəyə verildi”.

Ekspert əlavə edib ki, bazarda rəqabətin artması xidmətin keyfiyyətini də yüksəldə bilər:

“Bazara yeni sahibkarların daxil olmasına daha çox şərait yaradılsa, yaxşı olar. Çünki rəqabət nə qədər çox olsa, keyfiyyət də bir o qədər artar”.

Yenisabah.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see338

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri