“Baku Bus”dan şikayət var
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın ictimai nəqliyyatında tətbiq olunan elektron və nəğdsiz ödəniş sistemində yaşanan texniki nasazlıqlar və gecikmələr sərnişinlərin ciddi narazılığına səbəb olur.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Şəlalə Şabanova adlı şəhər sakini "Baku Bus"a məxsus avtobuslarda bank kartları və QR kodla ödəniş zamanı tez-tez mənfi hallar yarandığını bildirib.
Sərnişinin sözlərinə görə, kartda kifayət qədər vəsaət olmasına baxmayaraq validator əməliyyatı "müvəqqəti aktiv deyil" xətası ilə rədd edir, lakin sonradan — hətta gecə saatlarında — həmin məbləğ hesabdan silinir. Bundan başqa, 211 nömrəli marşrut xəttində QR kodla ödəniş cəhdləri alınmadıqdan sonra kartla ödəniş edən vətəndaşdan tək gediş üçün ümumilikdə 1 manat 85 qəpik (3 dəfə 0.65 qəpik) tutulub. Sezar pizza
Şikayətçi vurğulayıb ki, yaranan problemlə bağlı banka müraciət etdikdə məsələ "Baku Bus"ın, nəqliyyat qurumuna müraciət etdikdə isə bankın üzərinə atılır. Elektron ödəniş sisteminin tətbiqindən uzun müddət keçməsinə baxmayaraq oxşar xətaların təkrarlanması sərnişinlər tərəfindən ciddi səriştəsizlik və maliyyə itkisi kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















