“Baku Medical Plaza”nın sosial layihəsi uğurla yekunlaşdı Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Baku Medical Plaza” klinikalar şəbəkəsinin ana olmağa hazırlaşanların hamiləlik dövrü, doğuşa hazırlıq və gələcək körpənin sağlam inkişafı mövzularında maarifləndirilməsi məqsədilə həyata keçirdiyi növbəti sosial layihə uğurla başa çatıb.
“Möcüzəyə Doğru - Analıq Məktəbi” adlı layihə çərçivəsində gələcək analar üçün müxtəlif təlim və görüşlər keçirilib. Məqsəd ana olmağa hazırlaşanlara hamiləliyin fizioloji gedişatı, doğuş prosesinə düzgün hazırlıq, ana və körpə arasında sağlam münasibətlərin formalaşdırılması, psixoloji və fiziki hazırlıq mövzularında ətraflı məlumatların təqdim olunmasıdır.
Təlimlər “Baku Medical Plaza”nın peşəkar həkim-mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. Görüş zamanı hamilələr və yeni ana olmuş iştirakçılara faydalı məlumatlar təqdim olunub, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Sosial təşəbbüs iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Möcüzəyə doğru - Analıq Məktəbi” layihəsi çərçivəsində növbəti təlim yanvarın 30-da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında və fevralın 21-də Bakı şəhəri “Baku Medical Plaza” Babək filialında həyata keçiriləcək.
Təlimlər ödənişsizdir və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















