Icma.az
close
up
RU
“Bank of Baku” mərhum qazinin anasını məhkəməyə verib Əməkdaşı isə elə sözlər deyib ki...

“Bank of Baku” mərhum qazinin anasını məhkəməyə verib Əməkdaşı isə elə sözlər deyib ki...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bank of Baku”nun əməkdaşı, 2 il öncə dəm qazından boğularaq dünyasını dəyişmiş Vətən müharibəsi veteranı Səbuhi Məmmədovun anasını məhkəməyə verib. Bununla kifayətlənməyərək, mərhum gəncin anasına qarşı hörmətsizlik də nümayiş etdirib.

“AzPolitika” xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiyalar Agentliyinin baş mütəxəssisi, tanınmış jurnalist Tural İbadlı “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, Səbuhi Məmmədovun vəfatından bir müddət sonra onun “Bank of Baku”dan kredit götürdüyü və təxminən 1000–1200 manat borcu qaldığı məlum olub: “Üstündən təxminən 2 ilə yaxın vaxt keçib. Səbuhinin anasını banka çağırıblar və bildiriblər ki, oğlunun krediti var idi, onu ödəməlisiniz. Hətta bank əməkdaşı bir qədər də irəli gedərək deyib: ‘Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkar-minkar narahat etməsin’.

Bir sözlə, indi də məsələni məhkəməyə veriblər və işə sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.”

T. İbadlı xatırladıb ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin 24 iyun tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.


“O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ‘Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə’ medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə ‘Təşəkkürnamə’ ilə təltif edilib”, – deyə jurnalist qeyd edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see295

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see213

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see180

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see180

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see158

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see150

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see150

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see141

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see132

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see130

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see128

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri