Icma.az
close
up
RU

BANMdə “Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və təcrübə” kitabının təqdimatı olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) “Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və təcrübə” adlı akademik dərsliyin təqdimat mərasimi keçirilib. Dərslik SOCAR-ın təşəbbüsü və “SOCAR Türkiyə” şirkətinin təşkilatçılığı ilə nəşr edilib. Kitabın layihə rəhbəri isə “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru Elçin İbadovdur.

BANM-dən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru Elçin İbadov, “SOCAR Green”in baş direktoru Elmir Musayev iştirak ediblər.

Rektor Elmar Qasımov dərsliyin ekoloji məsələlərdə vacib bir mənbə olduğunu vurğulayıb. O, kitabın tədris prosesi ilə yanaşı, ətraf mühitin qorunması sahəsinə də mühüm töhfə verəcəyini bildirib.

Daha sonra “SOCAR Türkiyə” şirkətinin icraçı direktoru və layihənin rəhbəri Elçin İbadov kitabın hazırlanması prosesində qarşıya qoyulan məqsədlər barədə danışıb. O, ekoloji maarifləndirmənin SOCAR-ın əsas prioritetlərindən biri olduğunu, təqdim edilən kitabın isə “yaşıl iqtisadiyyat” istiqamətindəki layihələrin icrasında elmi dəstək rolunu oynayacağını vurğulayıb.

Tədbirdə “SOCAR Türkiyə”nin baş direktorunun koordinasiya ofisinin direktoru və dərsliyin layihə koordinatoru Səməd Səfərov, Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov da çıxış ediblər.

Qeyd edək ki, dərslik tələbələr, tədqiqatçılar və LCA (Life Cycle Assessment) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri